Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
Cerrahi Xestelikler (1) 1

MÖVZU 8      SINIQLAR 
 
Patoloji  proses,  yaxud  qüvvə  təsirindən  sümüyün    tamlığının 
pozulmasına sınıq deyilir. Sınıqların  bir neçə cür təsnifatı vardır. 
I.  Mənşəyinə  görə:  anadangəlmə  və  qazanılma.  Anadangəlmə 
sınıqlar bətndaxili inkişaf zamanı müxtəlif səbəblərdən baş verir (dölün 
xəstəlikləri,  hamilə  qadının  aldığı  travmalat  və  s.)  və  onlara  az  təsadüf 
edilir. Dölün doğuş yollarından keçən andan, ta insanın öldüyü günə qədər 
olan müddətdə baş verən sınıqlar  qazanılmış sınıqlar adlanır. Qazanılmış 
sınıqların  özləri  də  iki  yerə  bölünürlər:  patoloji  və  travmatik.  Patoloji 
sınıqlar sümüyün müxtəlif xəstəlikləri (osteomielit, osteoporoz, sümüyün 
xoş və bədxassəli şişləri və s.) zamanı, sümük toxuması möhkəmliyinin 
azalması nəticəsində adi bir hərəkət (məs.ayaqqabının geyilməsi, yataqda 
çönmə  və  s.)  nəticəsində    baş  verirlər.  Travmatik  sınıqlar  isə,  adından 
göründüyü  kimi,  kənar  qüvvə  təsirindən  meydana  çıxırlar.  Bu  qüvvə 
xaricdən  və  daxildən  (məs.  tetanus  zamanı  əzələlərin  tonik-klonik 


qıcolmalarında) ola bilər. Lakin təkcə qüvvənin  olması travmatik sınığın 
baş  verməsi  üçün  kifayət  etmir.  Beləliklə,  travmatik  sınığın  meydana 
çıxması  üçün  ən  azı  iki  şərt  lazımdır:  1)  qüvvənin  olması  və  2)  bu 
qüvvənin sümüyün müqavimət gücündən çox olması 
Praktikada ən çox (80% hallarda) travmatik sınıqlara təsadüf edilir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin