II. Sınıq nahiyəsindəki örtüklərin tamlığının pozulmasına görə: qapalı və açıq sınıqlar. Əgər sınıq ilan yerdə və ona yaxın nahiyələrdə dəri,
selikli qişaların tamlığı pozulmayıbsa bu qapalı, həmən örtüklərin tamlığı
pozulubsa – açıq sınıqlardır. Açıq sınıqlarda infeksiyanın giriş qapısı
olduğu ümün (adi sıyrıntı, müxtəlif ölçülü və dərinlikli yaralar), bu
sınıqlar daha qorxulu sınıqlardır. Bu zaman yaraya düşən mikroblar
müxtəlif ağırlaşmalara (yaranın irinləməsi, travmatik osteomielit, qazlı
qanqrena və s.) səbəb ola bilirlər. Dəridə olan zədələnmələr sınığı törədən
amil (güllə, qəlpə, iti əşya, ağır predmet və s.) tərəfindən, yaxud sınmış
sümüyün itiuclu fraqmentlərinin dərini deşməsi nəticəsində törənir.
Infeksiyalaşma cəhətdən, xüsusilə, açıq odlu silah sınıqları (xüsusilə mina,
mərmi partlayışı nəticəsində baş verən sınıqlar) daha təhlükəlidir.