Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə23/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   19   20   21   22   23   24   25   26   ...   51
Cerrahi Xestelikler (1) 1

Koksartroz
.  
  
Bu  xəstəlik  həmçinin  “bud – çanaq  oynağının  osteoartrozu”  adlandırılır. 
Adətən  40  yaşından  sonra  inkişaf  edir. Hal – hazırda  bu  xəsətləyin  
“cavanlaşması”  qeyd  edilir. Xəstəliyə  hətta  uşaq  və  yeniyetmələrdə  də  təsadüf  
edilir. Koksartroz  özü – özündən  ( ilkin  koksartroz )  və  həmçinin  digər  
xəstəliklərin  fonunda  inkişaf  edə  bilər.  Bu  xəstəliklər  arasında : - anadangəlmə  
bud  çıxığı - anadangəlmə  bud – çanaq   oynağının  displaziyası - müxtəlif  
travmalar - bud – çanaq  oynağının  iltihabı. Koksartroz  zamanı  həm  bir, həm  
hər  iki  oynaq  zədələnə   bilər. Koksartroz  zamanı  oynaq   mayesi  əvvəl  daha  
qatı  olur. Nəticədə  qığırdaq   qurumağa  başlayır, onun  səthi  nahamar   olur, 
çatlarla  örtülür. Vaxt  keçdikcə  qığırdaq  nazilir, oynaqda  birləşən  sümüklərin   
arasında  olan  məsafə   kiçilir. Daha   sonra  qığırdaq  toxuması  demək   olar   ki,  
tam  yox  olur  və  sümüklər  bir – birinə  sürtünməyə  başlayır,  deformasiya  
olunur. Koksartrozun  səbəbləri : - qan  dövranının  pozulmalrı - oynağın  həddən  
artıq  yüklənməsi - mübadilə  və  hormonal  pozulmalar - travmalar - oynaqların  
iltihabları - onurğa  sütunu  ( skolioz, kifoz )  və  pəncə  ( yastıpəncəlik )  
patologiyaları - anadangəlmə  bud – çanaq  çıxığı  və  anadangəlmə  displaziyalar 
( oynağın  inkişaf   pozulmaları ) - azhərəkətli  həyat  tərzi - yaş. Koksartrozun  
əlamətləri : - bud – çanaq  oynağında, budda,  qasıq  nahiyəsində  ağrılar - oynağın   
hərəkətliliyinin   pozulması - axsama - vaxt  keçdikcə  ayaq  qısalır - vaxt  keçdikcə  
xəstə  ayağın  bud,  baldır  və  sağrı   əzələləri  atrofiya  olunur. Koksartrozun  3  
dərəcəsi  və  ya  mərhələsi  ayırd  edilir.  
I dərəcəli   koksartroz  zamanı   xəstələrdə  bud – çanaq  oynağında   vaxtaşırı   
ağrılar  olur, adətən  fiziki  yüklənmədən  sonra.  Xəstə   dincəldikdən  sonra  
ağrılar  keçir. II  dərəcəli  koksartroz  zamanı  ağrılar  güclənir,  sakit  halda  da  ola  
bilər. III  dərəcəli   koksartroz  zamanı  ağrılar   nəinki   gündüz,  hətta  gecə  də  
ola  bilər. Xəstə  normal  gəzə   bilmir, axsayır.     Əsas  müayinə  üsulu  
rentgenoloji  müayinədir.  MRT  həm  sümük,  həm  qığırdaq  toxumasının,  
bağların ,  sinovial  qişanın  dəyişikliklərini  müəyyən  edir. Koksartrozun  
müalicəsi  1- ci, 2 - ci  mərhələlərdə  konservativ, 3- cü  mərhələsində   cərrahi  
müalicə  tətbiq  edilir. Əməliyyat  zamanı   xəstə  oynaq  süni   oynaqla  əvəz   
olunur. Konservativ   müalicə  zamanı  ağrıkəsici  və  iltihabəleyhinə   preparatlar,  
qığırdağı  bərpa  edən  preparatlar, fizioterapiya  istifadə   olunur.  Koksartrozdan   
əziyyət  çəkən  insanlara   üzgüçülük   çox  yaxşı   kömək  edir.   
  
  


  
 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin