Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
Cerrahi Xestelikler (1) 1

Mövzu: 7   Çıxıqlar  
 
Müxtəlif səbəblərdən oynaq səthlərinin bir-birinə nisbətən təsbit 
olunmuş, qeyri-normal yerdəyişməsinə çıxıq deyilir. Əgər bu 
yerdəyişmə zamanı oynaq səthləri hissəvi təmasda olarsa, bu natamam 
çıxıq, oynaq səthlərinin təması tamamilə olmazsa, bu tam çıxıq adlanır.  
Çıxığın adı oynaqdan periferiyaya doğru yerləşən sümüyün adı ilə 
adlanır (məs. bud çıxığı). Bu mənada fəqərələrin çıxığı istisnalıq təşkil 
edir.  
Mənşəyinə görə: 
 - anadangəlmə və qaznılmış çıxıqlar ayırd edilir. 
 Anadangəlmə çıxıqlar. Bətndaxili inkişaf zamanı müxtəlif səbəblərdən 
baş verən çıxıqlar anadangəlmə çıxıqlar adlanır. Belə çıxıqlara ən çox 
bud çanağı oynagında, özü də qızlarda əksər hallarda birtərəfli, bəzən isə 
ikitərəfli olmaqla təsadüf edilir. Bud çıxıqlarının üç forması olur. 
 - yarımçıqçıxıqönü bir hal sayılan bud-çıxıq oynağının displaziyası.  
- budun yarımçıxçıxığı 
 - budun çıxığı Bud-çanax oynağının bir tərəfli çıxığında sağrı büküşləri 
asimmetrik, ayağın biri digərinə nisbətən qısa olur. Əgər bu vaxt 
diaqnoz qoyulmazsa uşaq gəzməyə başlarkən onda axsama, oynaqda 
ağrı, oynağın laxlaması və ətrafın qısalması olur. Oynağın iki tərəfli 
çıxıqlarında uşaqa "ördək yerişi" olur- uşaq yanlarını basa-basa gəzir. 
Diaqnozu dəqiqləşdirmək üçün oynağin rentgen şəkli çəkilir.Erkən 
dövrdə diaqnozun qoyulması müalicənin daha asan olmasına zəmin 
yaradır. Erkən diaqnozun qoyulmasında aşağıdakı əlamətlərin 
əhəmiyyəti vardır.  
- bud - çanaq oynağında aralanmanın məhdudlaşması 
 - uşaq arxası üstə uzandırmaqla hər iki aşağı ətrafı bud 
 - çanaq və diz oynağında büküb ayaqları bir - birindən aralayırlar. Çıxıq 
zamanı bud-çanaq oynağında aralanma məhdudlaşır. 
  - Marks - Ortolaninin şaqqıltı simptomunun müsbət olması: yuxarda 
qeyd etdiyimiz aralanma zamanı çıxmış oynaq başı yerinə düşdüyündən 
şaqqıltı səsi eşidilir. 


 - sağrı büküşlərinin asimmetriyası  
- ətrafın qısalması, böyük burmanın qabarması və xarici rotasiyanın 
olması. Diaqnoz erkən qoyulan hallarda 4-5 ay müddətində çıxmış 
ətrafın aralanma vəziyyətində geniş bələnməsi yolu ilə, yaxud xüsusi 
şina və çarpayılardan istifadə etməklə konservativ müalicə aparılır. 
Konservativ müalicə nəticə vermədikdə və diaqnoz gec qoyulduqda 
müxtəlif cərrahi əmaliyyatlar aparılır.   

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin