V. Baş vermə mexanizminə görə: vasitəsiz və vasitəli sınıqlar.
Qüvvə birbaşa düz istiqamətdə sümüyə təsir etdikdə vasitəsiz sınıqlar baş
verir. Bu zaman gücün təsir istiqamətindən asılı olaraq sınıq xətti müxtəlif
cür olan sınıqlara təsadüf edilir.
Əgər sınıq qüvvə təsir edən yerdə deyil, nisbətən uzaq nahiyədə baş
verirsə, bu vasitəli sınıqlardır. Buna insan yıxılan zaman əlini yerə
dayadıqda bazuda, körpücük sümüyündə baş verən sınıqları misal
göstərmək olar. Bir-birinə əks istiqamətdə sümüyə təsir edərək burulma
verən qüvvələrin törətdikləri burulmuş (torzion) sınıqlar da vasitəli
sınıqlara aiddir.