Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   39   40   41   42   43   44   45   46   ...   51
Cerrahi Xestelikler (1) 1

Ləçəklə  hərəkətsizləşdirmə:  Şina  olmayan  hallarda  ləçək 
sarğısından  da  istifadə  edilir:  zədələnmiş  ətrafda  qoltuqaltına  yumşaq 
parça,  yastıqca  qoyulur  və  o  gövdəyə  bintlə  bənd  edilir,  sonra  ətraf 
dirsəkdən düz bucaq altında bükülür. Ləçək əvvəlcə üçbucaq formasında 
zədələnmiş  və  bükülmüş  ətrafın  altından,  gövdənin  isə  önündən    elə 
qoyulur ki, onun əsası bədənin orta xəttinə, zirvəsi isə zədələnmiş qolun 
dirsəyi tərəfə olsun. Bu zaman ləçəyin bir ucu dizə doğru sallanır, digər 
ucu  isə  zədələnmiş  tərəfdə  körpücüyün  üstündən  arxaya  düşür.  Sonra 
ləçəyin aşağı sallanan ucu bükülmüş saidin önündən olmaqla qaldırılır və 
boynun  arxasında  digər  ucu  ilə  bağlanılır.  Ləçəyin  zirvəsi  isə  dirsəyin 
arxasından gətirilməklə saidin önünə bənd edilir. 
Pilləkənli  şina  ilə  immobilizasiya:  Əvvəlcə  şinanın  üzərinə  bint 
sərməklə, onu bintlə sarıyır və yuxarı kənarına 75 sm uzunluğunda iki lent 
bağlayırlar. Əvvəlcə şinanı xəsarət almış şəxsin salamat ətradına qoyaraq, 
onun  saidi  uzunluğunda  şinanı  düz  bucaq  altında  əyirlər,  digər  əllə  isə 
sağlam  ətrafa  qoyulmuş  şinanın  o  biri  hissəsindən  tutub,  onu  gövdəyə 


basaraq, lazımi formaya salırlar (buna imkan olmazsa yardım göstərə şəxs 
öz  üzərində  şinanı  lazımi  formaya  salır).  Zədələnmiş  ətraf  dirsək 
oynağında düz bucaq altında bükülür, çiyin isə bir qədər önə çəkilir, əl isə 
mil-bilək  oynağında  bükülür  və  bu  vəziyyətdə  ətrafa  hazırlanmış  şina 
qoyulur. Qoltuqaltına yumşaq parça qoyularaq şina gövdəyə bənd edilir. 
Xəstənin ovcuna isə pambıq yastıqca qoyulur ki, barmaqlar yarımbükülü 
vəziyyətdə olsun. Şinanın yuxarı hissəsindən sallanan hər iki lent şinanın 
aşağı hissəsinə bağlanır ki, şina yuxarı qalxaraq kürəkdən uzaqlaşmasın. 
Sonra şina bintlə əlavə olaraq sürünən sarğı qoyulmaqla zədələnmiş ətrafa, 
gövdəyə bənd edilir və ləçəklə boyundan asılır. 
Bazunun aşağı 1/3-nin və dirsək oynağının sınıqlarında şina çiyini, 
bazunu, dirsəyi, əli əhatə etməli və ətraf boyundan ləçəklə asılmalıdır. 
Faner şina işlədildikdə isə o, bazu və saidin iç səthinə qoyulmaqla 
çiyinə, bazuya, saidə və ələ bintlə sarınır. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin