Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs


Aşağı ətrafın zədələnmələrində immobilizasiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   43   44   45   46   47   48   49   50   51
Cerrahi Xestelikler (1) 1

Aşağı ətrafın zədələnmələrində immobilizasiya. 
Bud sümüyünün zədələnmələrində hərəkətsizləşdirmə. 
Bud sümüyündə, eləcə də bud-çanaq oynağında olan zədələnmələr 
(çıxıq, sınıq) zamanı  aşağı ətrafda olan oynaqların hər üçü (bud-çanaq, 
diz və aşıq-daban) hərəkətsizləşdirilməlidir. 
Bu  məqsədlə  standart  Diteriks,  Kramer  şinalarından  və  əlaltı 
materiallardan istifadə edilir. 
Diteriks şinası bud sümüyünün  sınıqlarında ən əlverişli şina sayılır. 
Şina hərəkət edən, 1.71 m və 1.46 m uzunluğunda, 8 sm enində olan iki 
taxta lövhədən, ayağın altına qoymaq üçün olan ağac dartma altlıqdan və 
iplə bağlanmış dartma-burma dəstəkdən ibarətdir. Uzun ağac lövhə budun 
təş səthinə qoyulurr və onun yuxarı hissəsi qoltuqalrı çuxura söykənənə 
qədər  uzadılır.  Ikinci  –  qısa  lövhə  isə  budun  iç  səthinə  yuxarı  hissəsi 
aralığa söykənməklə qoyulur. Hər iki hissə hərəkətli olduğundan, onlar 
asanlıqla yaralının boyuna uyğunlaşdırıla bilir. Sonra bir nəfər zədələnmiş 
ətrafı  ehtiyatla  qaldırır  və  alıtlıq  ayaqqabının  üzərindən  ayağa 
geyindirilərək  bintlə  möhkəm  sarınır.  Şina  qoyulub  qurtaran  kimi, 
dəstəkdən tutulub tarım olana qədər dartılır və burulur, sonra şina bintlə 
ətrafa sarınır. 
Əgər  xəstədə  eyni  vaxtda  dabanın,  topuqların  və  aşıq-daban 
oynağının  sınığı olarsa Diteriks şinası qoyula bilməz! 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin