Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs


Baldır  sümüklərinin  sınıqlarında  hərəkətsizləşdirmə



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   43   44   45   46   47   48   49   50   51
Cerrahi Xestelikler (1) 1

Baldır  sümüklərinin  sınıqlarında  hərəkətsizləşdirmə.  Belə 
hallarda  ən  yaxşısı  Kramer  şinasından  istifadə  etməklə  aparılan 
immobilizasiyadır:  bir  nıfır  xəsarət  almış  şəxsin  dabanından  tutaraq 
zədələnmiş ətrafı (çəkmə çıxaran kimi) yuxarı qaldırmaqla bir qədər dartır.  
Şinanın  biri  sarğı  büküşündən  olmaqla  ərtafın  arxa  səthinə  qoyulur  və 
aşağı hissəsi ayağın altına qatladılır. Sonra digər iki faner şina (olmazsa 
pilləkənli şina) diz oynağından bir qədər yuxarı olmaqla baldırın iç və tış 
səthlərinə qoyulur və bintlə bərkidilir. 
Torlu  şina  olduqda  isə  əvvəlcə  dabanın    sallanması  üçün  ayağın 
altına  taxta  parçası  qoyulur.  Bundan  sonra  uzun  torlu  şina  götürülərək 
ayaqdakı taxtanın üstündən keçməklə baldırın iç və tış səthinin üzərinə, 


şinanın  ucları  diz  oynağından  bir  qədər  yuxarı  olmaqla  qoyulur  və  bu 
vəziyyətdə də ətrafa bintlə sarınır. 
Bəzi  hallarda  iki  ədəd  pilləkənli  şinadan  istifadə  etməklə  də 
immobilizasiya aparılır: bu zaman şinanın biri baldırın iç, digəri isə tış 
tərəfinə elə qoyulur ki, şinaların yuxarı ucları diz oynağından yuxarıda, 
alt  hissələri  isə  aşıq-daban  oynağından  aşağı  səviyyədə  olsun.  Bu 
vəziyyətdə də şinalar ətrafa bənd edilir. 
Topuqların sınığında uzun şinanı nal kimi iki bərabər hissəyə əyərək, 
onu dabanın altından keçmək şərtilə baldırın iç və tış səthinə qoyur və bu 
vəziyyətdə  də  onu  ətrafa  bərkidirlər,  yaxud  pnevmatik  şinadan  istifadə 
edilir. 
Standart  şinalar  olmadıqda,  baldır  sümüklərinin  sınıqlarında  da 
əlaltı materiallardan istifadə edilir: bu materiallar zədələnmiş baldırın iç 
və  tış  səthinə  qoyulur,  sınıqdan  yuxarı  və  aşağı  olmaq  şərtilə  bir  neçə 
yerdən ətrafa bənd edilir.  
 
 
 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin