Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə39/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   35   36   37   38   39   40   41   42   ...   51
Cerrahi Xestelikler (1) 1

X. Sınıqların sayına görə:  tək və çox saylı sınıqlar. 
Sınıqlar zamanı bir sıra ağırlaşmalar da ola bilir: 

 
Sınmış sümük ucları dərini deşərək, damarları zədələyərək profuz 
qanaxma, iri həcmli hematoma törədə bilirlər; 

 
Güclü ağrı, yaxud sinirin zədələnməsi travmatik şok verə bilir; 

 
Daxili üzvlər, xüsusilə də mühüm həyati əhəmiyyətə malik üzvlər 
zədələnə bilər; 

 
Sınıq infeksiya ilə ağırlaşarsa travmatik isteomielit, fleqmona və 
hətta sepsis kimi fəsadlar ola bilər. 


 
Sınıqların  əlamətləri.  Sınıqların  klinikasında  ümumi  və  yerli 
əlamətlər ayırd edilir. Ümumi əlamətlər baş verən ağırlaşmalardan asılı 
olaraq  (travmatik  şok,  kollaps,  xarici  qanaxma  və  sonralar  hərarətin 
yüksəlməsi)  meydana  çıxır.  Yerli  əlamətlər  isə  bunlardır:  zədələnmiş 
nahiyədə ağrı, ətrafın funksiyasının pozulması, sınıq yerində deformasiya, 
patoloji hərəkətlilik, ətrafın qısalması (yaxud uzanması) və krepitasiya. 
Ağrı sınıq baş verən andan meydana çıxaraq, müxtəlif intensivlikli 
olur  və  hərəkət  zamanı  daha  da  şiddətlənir.  Magistral  sinirlər 
zədələndikdə daha güclü olan ağrı travmatik şok verir. Sınıq olan nahiyəni 
ehtiyatla  əllədikdə  sınıq  xəttində  daha  şiddətli  ağrı  aşkarlanır.  Bu 
simptomun  sümük  çatlamalarına  diaqnoz  qoyulmasında  böyük 
əhəmiyyəti vardır. 
Sınıqlar  zamanı  zədələnmiş  yumşaq  toxumaların  ödemi,  sınmış 
sümük uclarıın yerdəyişməsi və hematomanın xarakterindən asılı olaraq 
sınıq nahiyəsində deformasiya meydana çıxır. Bu deformasiya zədələnən 
yeri  salamat  əks  nahiyə  ilə  müqayisə  etdikdə  daha  tez  nəzərə  çarpır. 
Çatlamalarda,  pərçimlənmiş  sınıqlarda  və  bir  sıra  digər  növ  sınıqlarda 
deformasiya qeyd edilmir. 
Zədələnmiş  nahiyənin  funksiyası  bütün  spnıqlarda  bu  və  ya  digər 
dərəcədə pozulur. Bir sıra sınıqlarda (məs. pərçimlənmiş sınıqlarda) bu az 
nəzərə  çarpır.  Ətrafların  yerdəyişən  sınıqlarında  isə  buəlamət  daha 
qabarıq olur. Belə ki, ətrafda hərəkətə adicə bir cəhd şiddətli ağrl törədir, 


ətrafın  hərəkəti  isə  patoloji  hərəkətlilik  meydana  çıxdığından  mümkün 
olmur. 
Tam  sınıqlarda  oynaqdan  kənarda  sınıq  nahiyəsində  normada 
olmayan qeyri-normal hərəkət – patoloji hərəkətlilik simptomu müşahidə 
edilir.  Bu  əsasən  uzunborulu  sümüklərin  tam  sınıqlarına  xas  lan  bir 
əlamətdir. Pərçim olunmuş sınıqlar zamanı bu əlamətə təsadüf olunmur. 
Ətrafın uzunluğunun dəyişməsinin (uzanması, yaxud qısalması) adı 
gözlə  də  təxmini  təyin  etmək  olur.  Ətraf  qəlpəli,  pərçimlənmiş,  eninə 
yerino  dəyişən  dınıqlarda  qısala  bilir.  Bu  simptomu  təyin  etmək  üçün 
ətrafı ölşürlər. Yuxarı  ətraf akromial çıxıntıdan mil sümüyünün bizvari 
çıxıntısına, bazu akrominal çıxıntıdan bazunun  tış epikondulusuna, said 
isə dirsəkdən mil sümüyünün bizvari çıxıntısına, aşağı ətraf budun böyük 
burçasından  tış  topuğa,  budun  özü  boyük  burmadan  budun  tış 
epikondulusuna, baldır nahiyəsi isə incik sümüyünün maşından tış topuğa 
qədər ölçülür. Hər iki ətraf ölçülür və  müqayisə edilir. 
Sınmış sümük ucları bir-birinə toxunduqda xarakterik xışıltı səsi – 
krepitasiya  meydana  çıxır.  Bu  səs  natamam  sınıqlarda,  həmçinin 
fraqmentlər arasına yumşaq toxumalar  düşdükdə olmur. Sınıq nahiyəsini 
əllədikdə,  yaxud  xəstə  həmən  ətrafda  hərəkətə  cəhd  göstərdikdə  bu 
simptomu təyin etmək olur. Sınmış fraqmentləri bir-birinə toxundurmaqla 
məxsusi  olaraq  bu  simptomun  təyini  piy  empoliyası,  magistral  sinir  və 
damarların  zədələnməsi  təhlükəsinə  görə  qorxuludur  və  belə  cəhd 
məsləhət görülmür. 


Əlbəttə,  xəstədən  anamnez  toplanmasının,  subyektiv  və  obyektiv 
müayinə  üsulları  vasitəsilə  xəstənin  hərtərəfli    klinik  müayinəsinin 
düzgün diaqnozun qoyulmasında vacib rolu vardır. Bütün bunlardan sonra 
sınıq olan nahiyənin iki – ön və yan proyeksiyada rentgen şəkli çəkilir. 
Sınıqların  müalicəsində  əsas  məqsəd  sınmış  sümüyün  normak 
anatomik  quruluşunun  və  ətrafın  funksiyasının  bərpasından  ibarətdir. 
Sınıqların müalicəsində üç şərtə mütləq əməl edilməlidir: 
- Repozisiya – sınmış sümük uclarının  düzləndirilməsi; 
- Repozisiya  olmuş  sümük  fraqmentlərinin  sağalana  qədər  bu 
vəziyyətdə  saxlanılması  –  uzunmüddətli  müalicəvi  hərəkətsizləşdirmə 
(immobilizasiya); 
- Sümük  döyənəyinin  əmələ  gəlməsi  prosesini  (konsolidasiya) 
sürətləndirmək  və  funksional  müalicə  aparmaqla  ətrafın  əvvəlki 
funksiyasının bərpası. 
Repozisiya  əllə,  İlizarov,  Sokolovski  və  digər    aparatlardan, 
həmçinin  dəri  (lipkoplastır)  və  skelet  dartmasından  istifadə  etməklə 
aparılır. Müalicə prosesində uzunmüddətli immobilizasiya məqsədilə gips 
sarğılarından  istifadə  edilir.  Həmçinin  sınıqların  müalicəsində  cərrahi 
müdaxilələrdən  də  (intra  və  ekstramedulyar  osteosintez)  geniş  istifadə 
edilir. Son illər bu sahədə daha yaxşı nəticələr əldə etməyə imkan verən 
kompression aparatlar (Əlizadə-Kalnberz aparatı, C.Məmmədov aparatı, 
A.Abdullayev aparatı, İlizarov aparatı və s.) daha geniş intişar tapır. 
Təxirəsalınmaz yardım: 



 
travma törədən amilin təsiri aradan qaldırılır; 

 
xarici qanaxma olarsa, ilk növbədə qanaxma dayandırılır; 

 
 açıq sınıqlarda yaraya aseptik sarğı qoyulur; 

 
ağrısızlaşdırma məqsədilə xəstəyə ağrıkəsicilər vurulur (2%-li 
1 ml promedol, 2.0 ml talamanol, 2-4 ml 50%-li analgin və s.), həmçinin 
qabırğanın sınıqlarında sınıq xəttinə 4-6 ml 1-2%-li novokain, ətrafların 
sınıqlarında  isə  sınıqdan  yuxarı  sümüyə  qədər  100-300  ml  (yuxarı 
ətraflarda – 100-150 ml, aşağı ətraflarda 150-300 ml) 0.5%-li novokain 
yeritməklə futlyar blokada aparılır; 

 
zədələnmiş ətrafa  ehtiyatla  lazımi  vəziyyət  verərək,  standart 
şinalardan,  yaxud  əl  altında  olan  materiallardan  istifadə  etməklə  onun 
müvəqqəti immobilizasiyası aparılır; 

 
lazımi  hallarda  ürək-damar  dərmanları  vurulur  (2.0  ml 
kordiamin, 1.0 ml kofein və s.) və xəstə xəstəxanaya göndərilir. 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin