Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs


Şəkil. Bəndedici standart nəqliyyat şinaları



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   37   38   39   40   41   42   43   44   ...   51
Cerrahi Xestelikler (1) 1

Şəkil. Bəndedici standart nəqliyyat şinaları:  
a) Kramer şinası; b) novlu şina; v) torlu şina; q) Diterixs 
şinası;  
d) pnevmatik şina  və y) vakuum xərək. 
Diterixs  şinası  taxtadan,  son  zamanlar  isə  paslanmayan  yüngül 
metaldan hazırlanır,  bud  sümüyünün  sınıqlarında,  bud-çanaq  oynağının 
zədələnmələrində  istifadə  edilir.  Bi  şina  dartma-bəndedici  tipli  şinalara 
aiddir. 
Son illər daha əlverişli olan pnevmatik şinalardan istifadə edilir: 
“kisə” şəklində ikiqat şəffaf materialdan ibarət olan şina zədələnmiş 
ətrafa (yuxarı, yaxud aşağı) geydirilir, sonra ətrafa bənd edilir və rezin 
borusundan  içərisinə hava doldurulur. 
Əgər  hadisə  yerində  nəqliyyat  şinaları  olmazsa,  belə  hallarda 
əlaltına keçən materiallardan (ağac parçası, taxta, karton, faner parçası, 
xizək,  çətir,  kip  bükülmüş  paltarlar,  tüfəng  və  s.)  istifadə  edilməklə 
hərəkətsizləşdirilmə  aparılır.  Həmçinin  autoimmobilizasiyadan  da 
istifadə  etmək  olar:   qolu  ləçəklə  (şarfla,  bintlə  və s.) boyundan asmaq, 
yuxarı ətrafı gövdəyə, aşağı ətrafı isə sağlam qıça bintlı sarımaq olar. 
Nəqliyyat  immobilizasiyası  zamanı  aşağıdakı  prinsiplərə  əməlm 
olunmalıdır: 

 
immobilizasiya 
hadisə 
yerində 
aparılmalıdır, 
hərəkətsizləşdirmə aparılmadan xəstəni aparmaq olmaz; 



 
sərt şinanı çılpaq dəri üzərinə qoymaq olmaz, altdan mütləq 
yumşaq altlıq (dəsmal, pambıq) qoyulmalıdır; 

 
qapalı 
sınıqlarda 
xəsarət 
alan 
şəxsin 
paltarları 
çıxarılmamalıdır, şina paltarın üstündən qoyulmalıdır; 

 
açıq  sınıqlarda  qanaxma  olarsa  əvvəlcə  o  dayandırılmalı, 
yaraya  aseptik  sarğı qoyulmalı  və  yalnlz  bundan sonra ətraf 
şina qoyulmaqla hərəkətsizləşdirilməlidir; 

 
şina  qoyarkən  ətrafa  fizioloji  vəziyyət  verilməlidir  (əgər  bu 
mümkün olmazsa, xəstəni  daha az incidən vəziyyət verilir); 

 
ətrafa qoyulmuş qansaxlayıcı kəməri şinanı bərkidən sarğı ilə 
bənd etmək olmaz; 

 
açıq  sınıqlarda  yaradan  görünən  fraqmentlərə  toxunulmur, 
yara olduğu vəziyyətdə də sarınmalıdır; 

 
xəstəni  xərəyə  qoyarkən  və  xərəkdən  götürərkən,  bir  nəfər 
mütləq şina qoyulmuş nahiyəni əllə tutmalıdır; 

 
immobilizasiyadan əvvəl ağrısızlaşdırılma aparılmalıdır; 

 
yadda  saxlamaq  lazımdır ki,  şina düzgün qoyulmadıqda  çox 
təhlükəli  ağırlaşmalar  baş  verə  (şok,  piy  emboliyası,  qapalı 
sınığın açıq sınığa çevrilməsi, qanaxma və s.) və müalicənin  
nəticələrinə mənfi təsir göstərə bilər. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin