IX. Xarakterinə görə: sadə, mürəkkəb, kombinəolunmuş,
müştərək və ağırlaşmış sınıqlar.
Heç bir əlavə zədələnmə olmayıb, yalnız sınıq olan hallarda
müşahidə edilən sınıq sadə sınıq adlanır. Bir neçə yerdən sümüyün
sınması,yaxud sınıq-çıxıqlar kimi hallar mürəkkəb sınıqlara aiddir.
Müxtəlif fəsadların baş verməsi üçün şəraiti olan bütün sınıqlar (odlu silah
sınıqları, açıq sınıqlar, sinirlərin, damarların zədələnməsilə olan sınıqlar
və s.) ağırlaşmış sınıqlardır. Əgər sınıqla yanaşı daxili üzvlərin də
zədələnməsi olarsa, belə sənəqlara müştərək sınıqlar deyilir. Sınıq
fonunda termiki, radiason və s. zədələnmələr olan hallarda belə sınıqlar
kombinəolunmuş sınıqlar adlanır.