Cərrahiyyə Klinikasında qırtlaq-udlağın karsinoması olan xəstədə rekonstruktiv



Yüklə 14,73 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix02.01.2022
ölçüsü14,73 Mb.
#1349
1   ...   32   33   34   35   36   37   38   39   ...   46
site tinin 

çoxprofilli 

Tədris 

Terapevtik 

Klinikası 

qon-

şu  dövlətlərin  nüfuzlu  xəstə-

xanaları  ilə  əlaqələrini  daim 

ge nişləndirir. 

Təbabətin 

ən 

aktual  problemlərinə  aid  fikir 

mübadiləsi  aparılır,  tanınmış 

mütəxəssislərin 

mühazirələri 

dinlənilir,  canlı  telekörpü  va-

sitəsilə  ağır  xəstələrin  vəziy-

yəti 

müzakirə 

edilir 

və 

çıxış  yolları  axtarılır.  Xüsusi 

ehtiyac  yarananda  isə  aparıcı 

mütəxəssislər  klinikaya  dəvət 

olunurlar. 

Artıq  ənənəyə  çevrilən  belə 

dəvətlər  zamanı  daha  çox 

türkiyəli  mütəxəssislərə  üs-

tünlük  verilməsi  də  təbiidir. 

Biz  bu  dəvətləri  zəruri  edən 

əsas 

məqamları 



həmişə 

diqqətdə  saxladığımızdan  İs-

tanbul  Universitetinin  İstanbul 

Tibb  Fakültəsinin  professo-

ru,  reanimatoloq  İbrahim  Öz-

can  Akıncının  klinikaya  dəvət 

olunması  xəbərini  eşidəndə 

də  onunla  görüşmək  qərarına 

gəldik.  Məlum  oldu  ki,  klini-

kanın 


həkim­reanimatoloqu 

Emil Qasımov rəhbərliklə məs­

ləhətləşərək  Türkiyədə  təhsil 

aldığı  universitetin  professoru-

nu klinikaya dəvət edib.

Yeri  gəlmişkən  qeyd  edək 

ki,  Tədris  Terapevtik  Klinika-

nın  Reanimasiya  və  intensiv 

terapiya  şöbəsi  klinikanın  ən 

vacib  bölmələrindən  biridir.  Bu 

şöbədə  onlarla  ağır  xəstənin 

şəfa tapması Klinikanı ölkəmizin 

reanimatoloji xidməti ən yüksək 

səviyyədə  olan  xəstəxanaları 

sırasında ön plana çıxarmışdır. 

Şöbəyə  həyati  vacib  funksiya-

ları dayanmış, kəskin pozulmuş 

və  ya  pozulması  gözlənilən 

xəstələr  yerləşdirilir,  onlara  24 

saat  ərzində  xidmət  göstərilir. 

Şöbədə  25  funksional  çarpayı 

var  ki,  bunların  da  7­si  uşaq-

lar  üçün  nəzərdə  tutulub.  Hər 

çarpayının  başında  ən  müasir 

tənəffüs  aparatı  cihazı  və  mo-

nitorlar yerləşdirib.

Şöbənin  defibrilyatorlar,  por-

tativ  rentgen  aparatı,  infuzo-

matlar, perfuzorlar və s. müasir 

tibbi  avadanlıqlarla  da  təchiz 

edildiyini  deyən  şöbə  müdiri, 

dosent  Əliyar  Sultanov  bildir-

di  ki,  kəskin  ürək,  tənəffüs, 

böyrək,  qaraciyər  çatışmazlığı 

olan xəstələr intensiv terapiya-

ya  cəlb  edilir,  ağır  vəziyyətdən 

çıxarılaraq  klinikanın  müvafiq 

şöbələrinə köçürülürlər.

Peşəkar tibbi personalın çalış-

dığı  şöbənin  sanitar­gigiyenik 

vəziyyəti  yüksək  səviyyədədir. 

Burada  yatan  xəstələrə  günün 

hər  saatında  bütün  laboratori-

ya  testlərinin  və  instrumental 

müayinələrin  aparılması  üçün 

şərait yaradılıb.

İstanbul  Universitetinin  İstan-

bul  Tibb  Fakültəsinin  profes-

soru  İbrahim  Özcan  Akıncının 

klinikaya  dəvət  olunmasın-

da  da  məq səd  onun  şöbənin 

işinə 


dair 

tövsiyyələrini, 

məsləhətlərini  dinləmək,  re-

animasiya  xidmətini  daha  da 

təkmilləşdirməkdən ibarət olub.

Reanimasiya  və  intensiv  te-

rapiya  şöbəsi,  bütövlükdə  kli-

nika haqqında ilk təəssüratının 

müsbət  olduğunu  vurğula-

yan  professor  İbrahim  Özkan 

Akıncı  müalicə  alan  xəstələrin 

xəstəlik  tarixçələrini  nəzərdən 

keçirərək  ümumi  müalicə  tak-

tikası  və  strategiyasının  doğ-

ru,  müasir  olduğunu  söylədi. 

Şöbənin  ən  ağır  xəstəsi 

G.Fərəcovanın 

müalicəsi 

ilə  bağlı  öz  tövsiyyələrini 

də  verərək  xəstənin  mexa-

nik  ventilyatordan  ayrılması 

üçün  maye  balansının  daha 

neqativdə 

saxlanılmasını, 

eləcə  də  bronx  dilatatoru  ilə 

müalicənin gücləndirilməsi, an-

tibiotik  terapiya,  ən  son  nəsil 

antimitotik  dərmanlardan  biri 

olan  caspofungin  molekulunun 

əlavə  olunmasını  məsləhət 

gördü.  Professor  İbrahim  Öz-

can  Akıncı  bizə  bildirdi  ki, 

ümumiyyətlə,  bu  cür  xəstələr 

başqa xəstəxanalarda itirilir. Ən 

vacibi xəstəyə zaman qazandır-

maq,  ağ  ciyər  və  bronxlardakı 

problemləri  çözüb  rahatlamaq-

dır.  Məsləhətləşmələr  zamanı 

bu qənaətə gəlindi ki, xəstənin 

həyatda  qalma  şansı  var.  Or-

qanizmi  möhkəmləndirdikdən 

sonra  şüur  durumunu  anlamlı 

cavablar  və  işarətlərlə  bərpa 

etmək zərurəti ortaya çıxacaq.

Türkiyəli  professor  klinika-

nın  direktoru,  professor  Sur-

xay  Musayevlə  də  görüşərək 

xəstənin  sağlamlıq  durumu 

barədə qısa məlumat verdi.

İlk  növbədə  dəvətlərini  qəbul 

etdiyinə görə professor İbrahim 

Özkana  təşəkkürünü  çatdıran 

professor  S.Musayev  rəhbərlik 

etdiyi  klinikanın  ölkə  başçısı 

cənab  İlham  Əliyevin  11  sent-

yabr 2007­ci il tarixli Sərəncamı 

əsasında  inşa  edilən,  tədris, 

elmi­tədqiqat,  müalicə  və  di-

aqnostika 

işlərini 

özündə 

birləşdirən unikal bir universitet 

klinikası  olduğunu  dedi.  Qeyd 

etdi  ki,  2007­ci  il  sentyabr  ayı-

nın 18­də Azərbaycan Respub-

likası Prezidenti İlham Əliyevin 

və  Heydər  Əliyev  Fondunun 

Prezidenti, 

YUNESKO 

və 


İSESKO­nun  xoşməramlı  səfiri 

Mehriban  xanım  Əliyevanın  iş-

tirakı  ilə  ümumi  sahəsi  25000 

m2  olan,  15  mərtəbəli,  400 

çarpayılıq  çoxprofilli  klinikanın 

təməlqoyma mərasimi keçirilib, 

2010­cu il oktyabrın 1­də açılışı 

olub.


Sovet  dönəmində  universite-

tin  bütün  kafedralarının  şəhər 

klinikalarında  yerləşdiyini,  baş 

həkimlərin  sağlıq  bakanlığına, 

kafedra  müdirlərinin  isə  rek-

tora  tabe  olduğunu  söyləyən 

S.Musayev o zamanlar anormal 

bir vəziyyətin yarandığını xatır-

latdı: “Hörmətli rektorumuz aka-

demik  Əhliman  Əmiraslanov 

uzun  illər  Moskvada  çalışmış 

onkoloqdur. O, 1992­ci ildən bu 

məsələləri  səlahiyyətli  qurum-

lar  qarşısında  dəfələrlə  qaldı-

rararaq bildirirdi ki, universitetin 

klinikaları  yaradılmalı,  proq-

ramlar  dəyişdirilməlidir.  1998­

ci  ildə  Azərbaycan  Respubli-

kasının  prezidenti,  xalqımızıın 

ümummilli  lideri  Heydər  Əliyev 

Azərbaycan Tibb Universitetinə 

gəlmişdi.  Bu  məsələ  yenidən 

qaldırılanda  Heydər  Əliyev 

dedi  ki,  ölkənin  maddi  durumu 

hələlik  yeni  klinikaların  inşası-

nı  reallaşdırmağa  yetərli  deyil, 

vəsaitimiz  yoxdur.  Nəhayət, 

2000­ci  ildə  ulu  öndər  Heydər 

Əliyevin  xeyir­duası  ilə  univer-

sitetin  ilk  klinikası  –  Stomoto-

loji  klinika,  daha  sonra  Onko-

loji  klinika  yaradıldı.  Beləliklə, 

universitet  klinikalarının  yara-

dılması  istiqamətində  görülən 

işlər  intensivləşdi.  Cənab  İl-

ham 


Əliyevin 

prezidentliyi 

dövründə Tədris Terapevtik Kli-

nikadan  sonra  500  çarpayılıq 

Tədris  Cərrahiyyə  Klinikası  da 

istifadəyə verildi”.

Universitetdə kadr hazırlığının 

mövcud vəziyyətinə də toxunan 

professor  S.Musa yev  bildirdi 

ki, 4 ildir rezidentura sisteminə 

keçərək  mütəxəssis  hazırlı-

ğının  türk  modelini  seçmişik, 

yönümüz  Tür kiyəyədir.  1990­

cı  illərdən  bəri  tələbələrimiz 

Türkiyədə  uzmanlıq  təhsili  al-

mağa  başlayıblar  və  onların 

səviyyəsindən olduqca razıyıq. 

Təsadüfi deyil ki, universitet kli-

nikalarında  həmin  kadrlar  heç 

bir maneəsiz işlə təmin olunur-

lar.

Görüş 


zamanı 

qarşılıq-

lı  əlaqələrin  bundan  sonra 

da  uğurla  davam  edəcəyinə 

əminlik ifadə olundu, xəstələrin 

şəfa 


tapması 

üçün 


or-

taq  bilgilərin  və  təcrübənin 

əhəmiyyəti vurğulandı.


Yüklə 14,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin