Çin filiz faydalı sərvətləri ilə zəngin ölkədir. Ölkədə dəmir filizi (sənaye
əhəmiyyətli ehtiyatı 5 mlrd. ton), manqan, volfram, molibden ehtiyatı çoxdur.
Bu sərvətlərin ehtiyatına görə Çin dünyada liderdir. Xrom, nikel ehtiyatı isə çox
azdır. Çində əlvan metallurgiya üçün xammal çoxdur. O, qalay və sürmə
ehtiyatına görə dünyada qabaqcıl yerdədir. Ölkədə mis, polimetal, civəvə digər
filizlər də çıxarılır. Alüminium ehtiyatı da çoxdur. Uran yataqları aşkar
edilmişdir. Bunlara nisbətən kobalt, titan, sirkon, tantal, vismut, qızıl, gümüş,
platin kimi mühüm metallar azdır
Qeyri-metal sərvətlərdən xörək duzu yataqlarının zənginliyinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Dağ-kimya xammal ehtiyatları tərkibinin müxtəlifliyi və ehtiyatına görə fərqlənir. Bir çox rayonlarda xörək duzu (mühüm yataqları Tsaydam çökəkliyində), kükürd xammalı, fosforit, kalium duzu, sulfat, yod, brom və s. vardır