Çinin mühüm ticarət tərəfdaşları ABŞ, Yaponiya, Koreya Respublikasıdır. Qonşu Asiya ölkələri, Avstraliya, Yeni Zelandiya, Avropa ölkələri, Kanada ilə ticarət əlaqələri əhatəlidir. Çin hökuməti Rusiya , Azərbaycanla da əməkdaşlığı genişləndirməyə böyük maraq göstərir. Rusiya ilə müştərək «Şərq-Qərb» qaz kəməri layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qaz kəmərinin qərbdə Sintszyan-Uyğur muxtar rayonundan Şanxay şəhəri və Yantszı çayının deltasınadək çəkilməsi nəzərdə tutulur. Rusiya ilə Çin arasında qaz və neftin digər Asiya bazarlarına birgə çıxarılması variantı da mövcuddur.