“Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə
Sisteminin Təkmilləşdirilməsi” proqramının II fazası
(ENPİ East Countries FLEG II Program)
AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ
TƏHLÜKƏSİZ MEŞƏ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
497№li 28.04.2015-ci il tarixli əmri ilə
təsdiq edilmişdir.
Bakı-2015
www.enpi-fleg.
org
www.enpi-fleg.az
Tərtib edənlər:
Lalə Dadaşova, biologiya üzrə fəlsəfə doktoru
Azər Qarayev
Fəxriyyə Musayeva
Redaksiya heyəti:
Şövqi Göyçaylı, professor, coğrafiya elmləri doktoru
Allahverdi Dolxanov, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
Rəhim İbrahimov
Kompüter tərtibatı:
Rüstəm Zamanov
Tərcüməçi:
Fidan Hüseynli
Rəsmlər:
Yeganə Yunusova
Vəsait ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üçün
nəzərdə tutulmuşdur.
European Neighborhood and Partnership Instrument East Countries Forest Law Enforcement
and Governance II Program
MINISTRY OF EMERGENCY SITUATIONS OF REPUBLIC OF AZERBAIJAN
MINISTRY OF EDUCATION OF REPUBLIC OF AZERBAIJAN
MINISTRY OF ECOLOGY AND NATURAL RESOURCES OF REPUBLIC OF
AZERBAIJAN
SAFE FOREST
Was approved by Ministry of Education
of Azerbaijan Republic under order of № 497 on 28.04.2015
Bakı-2015
Line of FLEG IO LOGOS FROM GUIDEBOOK
www.enpi-fleg.
org
www.enpi-fleg.az
Compilers:
Lala Dadashova, PhD in Biology
Azer Garayev
Fakhriyya Musayeva
Editorial board:
Shovgi Goychayli, professor, Doctor in Geography
Allakhverdi Dolxanov, PhD in Agricultural
Rahim İbrahimov
Computer design:
Rustam Zamanov
Translation:
Fidan Huseynli
Drawings:
Yegana Yunusova
The tutorial is designed for the schoolchildren and members of exstra-curiccular institutions
and study groups.
This tutorial has been developed within the framework of “European Neighborhood and
Partnership Instrument (ENPI) East Countries Forest Law Enforcement and Governance
(FLEG) II Program» ENPI East (FLEG II) Program Azerbaijan. The FLEG II Program
promotes sustainable forest governance, management, and protection of forests in
Azerbaijan, Armenia, Belarus, Georgia, Moldova, Russia and Ukraine.
This publication has been produced with the assistance of the European Union. The content, findings, interpretations, and conclusions of
this publication are the sole responsibility of the FLEG II (ENPI East) Program Team (www.enpi-fleg. org) and can in no way be taken to
reflect the views of the European Union. The views expressed do not necessarily reflect those of the Implementing Organizations
5
Giriş
Ə
ziz məktəblilər, siz yəqin ki, asudə vaxtlarınızı təbiətin qoynunda keçirməyi çox sevirsiniz.
Təbiətə ekskursiyalar və səyahətlər ətraf mühit haqqında biliklərinizi artırmağa kömək edir.
Təbiətin ən maraqlı və ecazkar guşələrindən biri meşədir. Meşənin zəngin bitki və heyvanlar aləmi
yaşından asılı olmayaraq hər kəsə xoş təəssüratlar bəxş edir.
Meşəyə daxil olarkən siz özünüzü kəşfiyyatçılara bənzədərək ətrafda baş verən təbiət hadisələrini
və canlılar aləmini tədqiq etməyə çalışırsınız. Əlbəttə, meşə sakinlərinin həyat tərzi ilə tanışlıq, təbiət
obyektləri üzərində müşahidələr olduqca maraqlıdır. Bəzən “kəşfiyyat”a və axtarışlara həddindən
artıq aludə olan uşaqlar harada olduqlarını unudub çətin vəziyyətə düşürlər. Lakin çıxılmaz vəziyyət
yoxdur və hər hansı çətinlikdən çıxış yolunu tapmaq mümkündür.
Əgər meşə cığırından çıxıb yolu azmaq, vəhşi heyvanlarla qarşılaşmaq, qansoran həşəratların,
zəhərli sürünənlərin hücumuna məruz qalmaq istəmirsinizsə, meşəyə səfər zamanı mütləq
təhlükəsizlik qaydalarına əməl etməlisiniz. Bəs təsadüfən meşədə belə hallarla qarşılaşdıqda nə
etməli? Təbii təhlükələrin qarşısında aciz qalmamaq və özünüzü müdafiə etməyiniz üçün lazımi bilik
və bacarıqlara yiyələnmək lazımdır.
Təqdim olunan bu kitab meşədə qarşılaşa biləcəyiniz təhlükəli vəziyyətlərdən çıxış yollarını
öyrənməkdə sizə yardımçı ola bilər. Fövqəladə hallarda təlaş etməyərək təmkinli və ağıllı hərəkət
etməklə həm özünüzün, həm də yoldaşlarınızın həyatını xilas edə bilərsiniz. Meşədə gözlənilən
təhlükələr barədə ətraflı məlumatlar səfərinizin uğurlu və maraqlı keçməsinə şərait yaradacaqdır.
Azərbaycan meşələri özünəməxsus zənginliyə və təbii gözəlliyə malikdir. Meşə bir-biri
ilə sıx qarşılıqlı əlaqədə yaşayan canlılardan ibarət mürəkkəb ekoloji sistemdir. Meşənin
müvəqqəti qonağı olarkən heyvanların dinc həyatını pozmamağa və bitki örtüyünə zərər
vurmamağa çalışın. Unutmayın ki, meşədə hər canlının öz yeri vardır və canlılar aləminin
bioloji müxtəlifliyini qorumaq vacibdir. Meşənin təhlükəsiz və davamlı inkişafı bizim düzgün
münasibətimizdən asılıdır. Gəlin, bu misilsiz təbii sərvəti yersiz müdaxilədən qoruyaq və
təbii ehtiyatlarından səmərəli istifadə edək.
6
Introduction
D
ear students, most probably you love to spend your leisure time in nature. Frequent excursions
and trips to the nature help you to increase the knowledge about the environment. One of
nature’s most fascinating and charming places is the forest. To explore forest’s rich flora and fauna
is a pleasant experience regardless the age.
While entering the forest as discoverers you are trying to explore the world of creatures and
causes of natural events which constantly appear around. Observation of the nature-maid objects
and familiarization with the lifestyle of the forest’s inhabitants is certainly a very interesting business.
But sometimes by getting too much involved into the “discoveries” and searches the children can get
lost and this is a difficult situation. However, there is no desperate situation and it is possible to find
a way out of any trouble.
If while in the forest you do not want to get lost, to come across wild animals, and to get attacked
by parasites and poisonous reptiles you must comply with the safety regulations. But what is the
right thing to do if you suddenly face the difficulties in the forest? In order to be prepared to natural
hazards and be ready to defend yourself you need to master the specific skills and knowledge.
This book can help you to learn the ways which help you to get out of dangerous situations which
one might encounter in the forest. By avoiding fuss and acting cautiously and wisely in the emergency
situations you can save as yours as well as your friends’ lives. Being perfectly informed about the
impending dangers exist in the forest will make your forest experience an exciting life experience.
The forest is an interconnected complicated ecological system of creatures. As a temporary
guest please try to avoid disturbing the peaceful way of lives of animals and damaging the forest’s
vegetation. Remember that every creature has its own place in the forest, and it is important to
preserve the biological diversity of this world. The safe and sustainable forest development depends
on our proper attitude. The Azerbaijani forests are distinguished by their own richness and natural
beauty. Let’s preserve these priceless natural resources from tactless interference and ensure the
efficient use of the natural resources.
7
Meşənin sehirli aləmi
M
eşə - bizim ən çox sevdiyimiz istirahət yerlərindən biridir. Meşənin zəngin təbiəti, bitki və
heyvanlar aləmi istirahətə gələn insanların hər zaman böyük marağına, hədsiz sevincinə
səbəb olur. Meşəyə daxil olanlar ilk anda heyrətə gələrək təbiətin misilsiz möcüzəsini seyr edib,
qeyri-adi gözəllikdən zövq alırlar. Meşənin təssəvvürə gəlməz sehrli aləmi insanların əksəriyyətini ilk
tanışlıqdan başlayaraq ömürlük özünə bağlayır.
Meşə bizi qida, geyim, yanacaqla təmin edir, havanı oksigenlə zənginləşdirir, su ehtiyatlarını artırır,
iqlimi tənzimləyir. Sıra ilə cərgələnən ağac, kol və ot bitkiləri günəşə doğru boylanan çoxmərtəbəli
binanın sakinlərinə bənzəyirlər. Meşənin çoxmərtəbəli yaruslarının ən aşağı hissəsində yerləşən
bitkilər digər hündür boylu ağac və kolların himayəsində özlərinə sığınacaq taparaq həyat fəaliyyətini
davam etdirirlər. Meşənin yarımkölgə və rütubətli mühit şəraitinə uyğunlaşmış bitkilərə siz çəmənlikdə
və ya düzənlikdə rast gələ bilməzsiniz.
Meşədə yaşayan bütün bitki və heyvan növlərini tanıyırsınızmı? Əgər tanımırsınızsa,
valideynlərinizin və müəllimlərinizin köməyi ilə təyinedicilərdən istifadə edərək, canlıları təyin etməyə
çalışın. Bu tanışlığı maraqlı yarışa çevirmək mümkündür. Təyinedici kitabda təsvir olunan bitkiləri
meşədə axtarıb tapmağa çalışın. Bu tapşırığı daha düzgün və tez yerinə yetirmək üçün bitkiləri
fərqləndirən əsas əlamətlərə diqqət yetirin.
Əgər meşədə səssiz durub ətrafı diqqətlə dinləsəniz meşə heyvanlarını da müşahidə edə
bilərsiniz. Bu halda heyvanların yuvasına yaxınlaşmaq və balalarını ələ götürmək olmaz. Yaxşı olar
ki, fotoaparat vasitəsilə meşə heyvanlarının həyatını obyektivin yaddaşına köçürəsiniz.
Meşəyə səfər zamanı rəngli qələmləri və rəsm albomunu özünüzlə aparmağı unutmayın. Meşə
cığırında rast gəldiyiniz maraqlı mənzərələri, bitki və heyvanları rəngli boyaların və ya qələmlərin
köməyi ilə təsvir etməyə çalışın. Hər biriniz meşəni gördüyünüz kimi təsvir etməyə çalışın. Səfərdən
sonra bu rəsmləri bir yerə toplayaraq məktəbin foyesində və ya sinifdə maraqlı rəsm qalereyası yarada
bilərsiniz. Bu qayda ilə meşə təəssüratlarınızı məktəbinizin bütün şagirdləri və sinif yoldaşlarınızla
bölüşə bilərsiniz.
Meşədə kiçik heyvanların həyatını müşahidə etmək olduqca maraqlıdır. Meşə döşənəyində,
ağacların gövdəsində, kolların budaqlarında, ot bitkilərinin yarpaqları üzərində saysız-hesabsız
həşəratlar yaşayır. Hörümçəklər, böcəklər, ilbizlər, yağış qurdları, qarıışqalar sıx otluqda, daşların
altında, ağacların koğuşunda gizlənir. Siz özünüzü bir anlıq kiçik kəşfiyyatçılara bənzədib bu canlıları
tapmağa çalışın. Təbiətdə və canlılar üzərində müşahidələr aparmaqla, siz yeni biliklər əldə edib,
meşənin sirlərinə bələd ola bilərsiniz.
8
Meşədəki bitkilər və heyvanlar arasındakı mürəkkəb qarşılıqlı əlaqələr təbii yolla tənzimlənir. Yalnız
bəzi insanların təcavüzkar hərəkətləri bu nizamlı əlaqələrin pozulmasına gətirib çıxarır. Yanacaq
məqsədilə yaşıl bitkilərin odun üçün doğranması, qanunsuz meşə qırmaları, meşə yanğınları və s.
sıx bitki örtüyünün seyrəlməsinə səbəb olur.
Yadda saxlayın ki, ağacların qırılması və meşə yanğını nəticəsində boş qalmış meşə sahəsində
kölgəsevən bitkilərin sayı getdikcə tükənir. Belə sahələrdə işıqsevən çəmənlik və alaq bitkiləri sürətlə
yayılaraq torpağı zəbt edirlər. Bu prosesin qarşısı alınmadıqda, bitki örtüyünün tükənməsi sürətlənir
və nəticədə meşəyə məxsus bitki örtüyü bərpa olunmur.
Bütün bunlar göstərir ki, meşəyə xüsusi qayğı və diqqətlə yanaşmaq lazımdır. Meşənin təmizliyini
və təhlükəsizliyini qorumaq başlıca şərtdir. Meşəyə daxil olarkən təbiətin ahəngini pozmamağa və
meşəni tullantılarla çirkləndirməməyə çalışın. Meşənin ekoloji sisteminin qorunması və canlılar
arasındakı əlaqələrin pozulmaması üçün müəyyən davranış qaydalarına əməl etmək lazımdır. Meşədə
gəzinti zamanı sakitliyə riayət olunmalı, meşə sakinlərinin dinc həyatına təcavüz edilməməlidir.
9
Meşə səfərinə necə
hazırlaşmaq lazımdır?
M
eşə gəzintisi uşaqlara unudulmaz təəssüratlar, canlılar haqqında maraqlı məlumatlar, mənalı
və əyləncəli saatlar bəxş edir. Bütün bunlarla yanaşı təbiətin gözəlliklərinə aludə olanlar
bəzən unudurlar ki, tanış olmayan meşə sahəsində müxtəlif təhlükələrlə qarşılaşa bilərlər. Meşəyə
ailəliklə istirahətə gedən insanlar haqlı olaraq uşaqlar üçün bu səyahətin təhlükəli ola biləcəyindən
narahat olurlar.
Əgər meşəyə təşkil olunan ekskursiyaların sağlamlıq və sevinc dolu dəqiqələr bəxş etməsini
istəyirsinizsə, ən sadə təhlükəsizlik qaydalarını bilməlisiniz. Meşəyə səfərin marşrutu əvvəlcədən
müəyyənləşdirilir və bu barədə valideynlərə məlumat verilir. Meşədə düzgün davranış qaydaları
sinifdə birlikdə müzakirə olunur. Dəstədən kənara çıxmamağın vacibliyi xüsusi olaraq vurğulanır.
Əgər hər hansısa səbəbdən cığırda rast gələn təbiət hadisəsi və ya canlılar sizi maraqlandırarsa, bu
barədə yoldaşlarınıza xəbər verib sizi gözləməyi xahiş edin.
Meşəyə yürüşə hazırlaşarkən öncədən hazırlıq mərhələsində yeməli və zəhərli göbələklər,
meyvə və giləmeyvələr, dərman bitkiləri barədə məlumat toplamaq, bu bitkilərin foto-şəkillərini
əldə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, bəzi zəhərli göbələklər yeməli göbələklərdən çox
çətinliklə seçilir. Məs: yalançı tülküqulağı, yalançı kötük göbələyi və s. göbələklər xarici görünüşünə
görə yeməli göbələklərə bənzəyir. Buna görə də zəhərsiz olmasına əmin olmadığınız göbələkləri
toplamaq fikrindən daşının. Zəhərli göbələklərə hətta əl vurmaq belə təhlükəlidir. Əllərə hopmuş
zəhərli maddələr ağızın, gözün selikli qişasına düşə bilər.
Əlbəttə ki, meşədə hamar və düz yolla hərəkət etmək mümkün deyil. Yoxuşlu, enişli cığırda ağac
kötükləri, budaqların üzərindən keçmək lazım gəlir. Təsadüfən qırılmış budaqlar, ağac qırıntıları üzü,
əlləri və ya digər bədən nahiyələrinə dəyib yaralaya bilər. Buna görə də dəstədə irəlidə gedənlər
arxadan gələn yoldaşlarını xəbərdar etməlidir. Sıx kolluqdan keçərkən budaqları ehtiyatla aralamaq
lazımdır ki, sıçrayıb arxadan gələnlərə zərər vurmasın. Bu da müəyyən çeviklik və cəldlik tələb edir.
Əgər meşədə gəzərkən əyilmiş ağaclara rast gəlsəniz ayaq saxlamayın. Bu ağaclar təsadüfən sizin
üzərinizə düşə bilər.
Meşə talasında və ya çay kənarında yay aylarında uzun müddət günəşin altında qalmaq məsləhət
deyildir. Xüsusən, günəşin daha çox fəaliyyətdə olduğu günorta saatlarında günvurma və dərinin
yanması ehtimalı artır. Yaxşı olar ki, qızmar isti havada ağacların kölgəsində daldalanasınız.
10
Meşəyə nəyi aparmaq olar?
Səfərin unudulmaz və maraqlı keçməsi üçün əvvəlcədən lazımi
hazırlıq işləri görülməlidir. Meşəyə səyahətə hazırlaşarkən uzaqgörənliklə qabaqcadan qarşıya
çıxa biləcək maneələri nəzərə almaq lazımdır. Atalar demişlər: “Ehtiyat igidin yaraşığıdır”. Meşəyə
gəzintiyə gedərkən ən zəruri əşyaları götürmək lazımdır. Əlbəttə ki, ilk növbədə səfərə içməli su,
ərzaq ehtiyatı, saat, cib bıçağı, kompas, fanar, mobil telefon, xəritə və tibbi ləvazimat götürməyi
unutmayın. Yol boyu müxtəlif maneələrdən keçərkən zədələnən dəriyə və ya nahiyələrə sarğı
qoyulması üçün ilk tibbi yardım vasitələri ehtiyatı olmalıdır.
Tullantıları toplamaq üçün polietilen paketləri unutmayın. Tullantıların meşədən çıxarılması
mütləq vacibdir. Meşə talasında və ya meşənin kənarındakı açıq yerdə idman yarışları və oyunların
keçirilməsi üçün voleybol topları, tennis ləvazimatı götürmək olar. Meşənin həyatı və canlı sakinləri
ilə daha yaxından tanış olmaq üçün fotoaparat və videokamera ən yaxşı köməkçiniz ola bilər. Səfər
zamanı müxtəlif təsadüfi halların qarşısını almaq üçün kiçik aptek ləvazimatı, hidrogen-peroksid,
plastır, yod və s. götürmək lazımdır.
Səfərə çıxarkən kifayət qədər ərzaq və su ehtiyatı tədarük etmək lazımdır. Açıq havada gəzinti və
oyunlar iştahanın artmasına səbəb olur. İstirahət məqsədilə azuqə və su ehtiyyatı diqqətlə seçilməlidir.
İstifadə müddəti bitmiş və keyfiyyətsiz qida məhsulları ağır zəhərlənmə hadisəsinə səbəb ola bilər.
Meşəyə nəyi aparmaq olmaz?
İlk növbədə səfərə çıxanların təhlükəsizliyi nəzərə alınmalıdır.
Balta, mişar, kibrit və digər kiçik alətlərin, yandırıcı məhlulların meşəyə aparılması qadağandır.
Səfərə hazırlaşarkən üst geyimə xüsusi diqqət yetirilməlidir. Hər şeydən əvvəl şəraitə uyğun olaraq
geyim seçilir. Yaxşı olar ki, sizə tanış olmayan meşə ərazisində marşrutdan kənara çıxmayasınız.
Sıx meşəlikdə azmaq ehtimalı olduğuna görə rəngarəng paltarlara üstünlük verilməlidir. Meşənin
toranlığında yol yoldaşlarınızın sizi aydın görməsi üçün parlaq rəngli geyimlərdən istifadə edin. Yaz
və yay mövsümündə yaşıl, payızda qəhvəyi-sarı, qışda isə ağ geyim məsləhət görülmür. Uşaqların
üst geyimi parlaq sarı, qırmızı, narıncı, ağ rəngdə olub, uzaqdan diqqəti cəlb etməlidir. Tünd geyim
meşənin toranlığında çətin seçilir. Buna görə də bəzən səyahətçilər meşədə azarkən onların tünd
rəngli geyimi axtarışı çətinləşdirir.
Meşədə gəzinti zamanı təhlükəsizliyi necə təmin etməli? Bunun üçün səfərə hazırlıq zamanı
müvafiq tələblərə riayət etmək lazımdır. Meşədə zəhərli və qansoran həşəratlardan qorunmaq üçün
uzun qollu gödəkçələr və hamar parçadan tikilmiş üst geyimi, örtülü ayaqqabılar, papaq və əlçək
geyinmək lazımdır. Ağcaqanadlara və mozalanlara qarşı xüsusi çiləyici aerozollardan istifadə etmək
məsləhətdir.
Ayaqqabıların möhkəm və su keçirməyən materialdan hazırlanmasına diqqət yetirin. Çünki
gözlənilmədən yağışa düşə bilərsiniz. Həm də meşədə bir çox bulaqlar və kiçik çaylar vardır. Yolda
qarşıya çıxan çayların üzərindən keçərkən ayaqlarınızın və geyiminizin islanmamasına çalışın. Hətta
qızmar yay günlərində belə ağacların kölgəsi altında sərinlik nə qədər xoşagələn olsa da, əlbəttə ki,
islanmış paltarlarda soyuqlamaq ehtimalı heç də ürəkaçan hal deyildir.
11
Ən başlıcası isə səyahətə başlamazdan əvvəl meşədə davranış qaydaları uşaqlarla birlikdə
müzakirə olunmalıdır. Meşənin sakit həyatını pozmamaq üçün səfərdən əvvəl xüsusi davranış
qaydaları tərtib edilərək iştirakçılara paylanılır. Bu qaydalarda meşənin bitki və heyvanat aləminə
qayğıkeş, humanist münasibət, meşə ekosisteminin qorunmasına məsuliyyətli yanaşma nəzərdə
tutulur. Məs: qarışqaların yuvasını dağıtmaq olmaz, kibritlə oynamaq təhlükəlidir, heyvanların
yuvasına əl vurmaq olmaz, zəhərli göbələkləri tapdamaq, çiçəkli bitkiləri qoparmaq olmaz və s.
Bəzi qaydalar uşaqlarda sual doğura bilər: zəhərli göbələkləri nəyə görə qırmaq olmaz? Əlbəttə
belə göbələklər bizim üçün zəhərli olsa da, digər canlılar üçün əhəmiyyətlidir. Onları məhv etmək
təbiətə ziyan vurmaq deməkdir. Bəzi müşahidələr nəticəsində məlum olmuşdur ki, meşə heyvanları
xəstələndikdə zəhərli göbələklərlə az miqdarda qidalanaraq sağalırlar.
12
Meşə - bütün heyvanların, quşların, həşəratların və bitkilərin ümumi evidir. Biz meşəyə sadəcə
müvəqqəti qonaq kimi gəlirik. Bəs bu halda qonaq özünü necə aparmalıdır? Əlbəttə ki, müəyyən
davranış qaydalarına riayət etməklə meşə sakinlərinin dinc həyatını pozmamalıdır.
Meşədə istirahət və gəzinti zamanı aşağıdakı qaydalara riayət etmək zəruridir:
1.
Meşədə kibritlə oynamaq və ocaq qalamaq olmaz. Ehtiyatsızlıq nəticəsində dəhşətli meşə
yanğını baş verə bilər.
2.
Quşların yuvasını dağıtmaq olmaz Yuva qurmaq və bala çıxarmaq üçün çalışan quşların
aqibətini düşünün.
3.
Qarışqa yuvalarını dağıtmayın. Kiçik zəhmətkeş qarışqların meşə sanitarları olduğunu
bilirsinizmi? Onların qurub yaratdıqları nəhəng yuvalarda gecə-gündüz qaynar həyat davam
edir. Qarışqalar meşəni müxtəlif zərərvericilərdən qoruyur, məhv olmuş bitki və heyvan
qalıqlarından azad edirlər.
4.
Meşədəki bitkiləri və heyvanları incitmək olmaz. Xoşa gələn kiçik heyvanları, cəlbedici
xarici görünüşü ilə seçilən həşəratları ələ götürərkən onlara xəsarət yetirə bilərsiniz. Bu
heyvanları evə aparmaq düzgün deyil. Meşə həyatına uyğunlaşmış canlılar başqa yerdə
yaşaya bilməzlər.
5.
Meşədə səs-küy salmaq olmaz. Musiqi sədaları, ucadan danışıq səsləri meşə sakinlərində
təşviş yaradaraq onları yaşadıqları yerdən uzaqlaşdıra bilər.
6.
Meşəni zibilləmək olmaz. Əgər meşəyə səfər edən hər kəs istirahətdən sonra tullantıları
meşədə qoyub gedərsə, bitkilərin və heyvanların yaşayış mühiti dözülməz dərəcədə
çirklənər.
7.
Ağacları və kolları qırmaq, çiçəkli ot bitkilərini kökündən çıxarmaq olmaz. Bitkilərin aldıqları
yaralara düşən müxtəlif xəstəliktörədən mikroorqanizmlər və virus xəstəlikləri ağac və
kolları məhv edir. Nadir çiçəkli bitkilərin toplanması təbiətdə onların sayının tükənməsinə
səbəb olur.
8.
Zəhərli göbələkləri qırmayın. Bu göbələklər insan üçün zəhərli hesab olunsa da, bəzi
heyvanların xəstəliklərinin müalicəsində əhəmiyyətlidir.
13
Meşədə ildırımdan necə
qorunmalı?
Y
az-yay aylarında dağ meşələrində göy gurultusu və ildırım çaxması adi təbiət hadisələrindən
biridir. İsti hava axını dağların başına qalxaraq soyuyur və rütubətin buxarlanması nəticəsində
ağır qara buludlar əmələ gəlir. Şimşək çaxarkən meşənin içərisində olan insana çox nadir hallarda
14
zərər yetirə bilər. Daha çox meşə talasında və meşənin yaxınlığındakı açıq ərazilərdə ehtiyatlı olmaq
lazımdır. Meşə talasında və ya dağ başında olarkən ildırımdan qorunmaq üçün müəyyən qaydaları
bilmək vacibdir.
Elektrik cərəyanı nadir hallarda insana birbaşa təsir edir. Əsasən ildırım insanın yaxınlığında olan
ağaclara və hündür qayalara düşür. Buna görə də şimşəkdən qorunmaq üçün təhlükəsizlik tədbirlərinə
əməl olunmalıdır. İldırım çaxan zaman hündürlükdən və qurumuş tək-tək ağaclardan uzaqlaşmaq
lazımdır. Yağmurlu havada meşədən kənara çıxmaq, tənha ağacların altında durmaq olduqca
təhlükəlidir. Yadda saxlayın ki, çox zaman belə ağacları ildırım vurur və insan həyatı üçün təhlük
ə yaranır. Suda olduqda dərhal sahilə çıxmaq lazımdır. Qayaların dibində, mağaranın girəcəyində
gizlənmək olmaz. Daşlı-çınqıllı və qumlu torpaqda gəzmək gilli torpağa nisbətən daha təhlükəsizdir.
Şimşək çaxan zaman atmosferin güclü elektriklənməsi nəticəsində müəyyən məsafədə olan canlı
obyektlərə xəsarət toxuna bilər. Saniyədə 100000 km məsafəyə yayılan şimşəyin elektrik cərəyanı
100 və ya 1000 amperə çata bilər. Elektrik qığılcımının temperaturu 25000 dərəcəyə yaxın olur.
Şimşəyin işartısını ilk göy gurultusundan ayıran saniyələri hesablamaqla yağıntıya qədər olan
məsafəni təyin etmək olar: 1 saniyədə keçibsə, məsafə 300-400 metr, 2 saniyə keçdikdə 600-800 m,
3 saniyə keçdikdə məsafə 1 km və s. olur.
Şimşək çaxarkən növbəti çaxmaya qədər olan fasiləyə əsasən aradakı məsafəni də hesablamaq
mümkündür. İldırıma qədər olan məsafə səsin sürətilə (34 km/san) müəyyən edilir. Şimşəyin
çaxması görünən andan eşidilən ana qədər 10 san keçibsə, 340 m/san×10 san=3400 m məsafə
alınır. Əgər ildırımın səsi getdikcə daha gec eşidilirsə, deməli, buludlar uzaqlaşır. İldırım çaxması
və göy gurultusu eyni vaxtda baş veririsə, bu həyat üçün olduqca təhlukəlidir. Belə olduqda elektrik
xətlərindən uzaqlaşmaq lazımdır.
Yağmurlu havada ildırım çaxarkən meşənin dərinliyinə daxil olub, ağacların altında və ya
qayaların arxasındakı çökəklikdə gizlənmək lazımdır. Hər hansı bir hündürlüyə, məsələn, yamaca
qalxmaq təhlükəlidir. Yağış yağarkən tək qalmış ağacların altında daldalanmaq olmaz. Xüsusən
açıq sahədəki tək-tək bitən ağaclardan uzaq olmaq lazımdır. İldırım çaxarkən meşədə çox da
hündür olmayan sıx çətirli ağacların arasında sığınacaq tapmaq olar. Nisbətən alçaqboylu sıx meşə
ağaclarının altı nisbətən təhlükəsizdir. Hündür palıd, şam və qovaq ağaclarının altında durmaq
isə çox təhlükəlidir. İstirahət etmək üçün qayalara söykənmək, meşə talasında və ya çəmənlikdə
dayanmaq, su hövzələrinin yaxınlığında və ya tonqal yaxınlığında durmaq, qaçmaq, sıx qrup halında
hərəkət etmək, yaş geyimdə gəzmək, hündürlüyə çıxmaq, qayaların çatlamış hissəsinə yaxınlaşmaq
olmaz. Şimşək çaxarkən əksər hallarda palıd, qovaq, göyrüş ağaclarını, nisbətən nadir hallarda
şam ağaclarını, ağcaqayın ağacını vurur. Hündür yerdən aşağıya enmək və torpağın üzərində aşağı
əyilib əllərinizlə ayaqları qucaqlamaq lazlmdır. Metal əşyaları kənara atmaq, motosikl, velosiped
və avtomobillərdən 20-30 m aralıda durmaq lazımdır. Əgər ildırım çaxarkən insan maşındadırsa,
maşını tərk etməyib, pəncərələri bağlamalı və antenanı aşağı endirməlidir.
15
Əgər başqa çıxış yolu yoxdursa, yağışdan əvvəl çadır qurub tavanını polietilenlə örtmək lazımdır.
Bütün metal əşyalar, o cümlədən bel, bıçaq, mişar, qab-qacaq və s. insanlardan 15-20 metr aralıda
qoyulmalıdır. İldırım çaxan zaman metal əşyalar müəyyən təhlükə yarada bilər. Yaş paltarlar
dəyişilməlidir, çünki islanmış paltar və insan bədəni elektrik cərəyanını özünə çəkə bilər. İldırımdan
qorunmaq üçün çadırda xüsusi qayda üzrə oturmaq lazımdır. Bunun üçün çanta, ip, polietilen paket,
ağac kötüklərindən və ya quru geyimdən oturacaq düzəldilir. Belə olduqda insan özünü torpaqdan
təcrid edir və təhlükəsiz vəziyyətdə olur. Bu qayda üzrə oturaq vəziyyətdə bədəni irəli verərək başı
dizə tərəf aşağı əymək lazımdır.
İldırım çaxarkən tonqal qalamaq olmaz. Bu zaman tonqalın yaxınlığında durmaq çox təhlükəlidir,
çünki tonqalın istiliyi nəticəsində qızmış hava axını elektrik keçiriciliyinə malikdir və ildırım ocağa
düşə bilər. Əgər meşədə yol gedən səyahətçilər qrupunu qəfildən ildırım haqlayıbsa və onlar çadır
qurmağa imkan tapmayıblarsa, qrupun üzvləri bir-birlərindən aralı məsafədə tələsmədən yollarına
davam etməlidirlər.
İldırım vuran insanın ani olaraq baş beyini, ağ ciyərləri və digər daxili orqanları zədələnir və
ölümlə nəticələnir. Hadisə baş verdikdə dərhal xəsarət almış insanın yaxasını açmaq, arxası üstə
uzandırmaq və geyimləri büküb sinəsinin altına qoymaqla tənəffüsü yaxşılaşdırmağa çalışmaq
lazımdır. Zərər çəkmiş insanın ağzı tənziflə təmizlənməlidir. İlk öncə ürəyi massaj etməklə tənəffüs
bərpa olunmalıdır. İlk tibbi yardım üsulu kimi ürəyi massaj etmək və süni tənəffüs vermək lazımdır.
Xəstə uzadılaraq ayaqları 15-30 sm hündürlüyə qaldırılır. Xəsarət alanın bədəni isti geyim və ya
örtüklə soyuqdan qorunur. Əgər ildırım çaxmaqda davam edirsə, xəstəni təhlükəsiz yerə çatdırmaq
gərəkdir. Xəsarət alan şəxs təcili olaraq tibb müəssisəsinə çatdırılmalıdır. Tibb məntəqəsində xəsarət
almış insana oksigen balıncı verilir. Ürək ritmi bərpa olunana qədər müayinə edilir və daxili orqanların
vəziyyəti yoxlanılır.
Beləliklə, yağışlı havada meşədə olarkən bütün təhlükəsizlik tədbirlərinə riayət etməklə həyatınızı
ciddi təhlükədən qoruya bilərsiniz.
16
Dostları ilə paylaş: |