Şakir Musayev
156
5. Obyektlərin toxunulmazlığını, təsbit edilməsini və
qablaşdırılmasını təmin etməkdə müstəntiqə texniki yardım göstərir
və məsləhətlər verir;
6. Müqayisə üçün götürülən nümunələrin axtarışı və əldə
edilməsində, seçilməsində iştirak edir. Nümunələrin sonrakı müayinə
üçün yararlığının ilkin qiymətləndirilməsini aparır;
7. Xüsusi avadanlığın səmərəli istifadə edilməsini təmin edir;
8. İstintaq hərəkətinin gedişatı qaydalarına (məsələn, baxış
zonasının genişləndirilməsi yaxud daralmasına dair, şəxsin
instrumental müayinədən keçirilməsinə, yaxud onun klinika profilli
mütəxəssislərin məsləhətinə göndərilməsinə dair və s.), təkrar və ya
əlavə istintaq hərəkətinin keçirilməsinin vacibliyinə, tapılmış
obyektlərin və izlərin məhkəmə-tibbi ekspertizanın səmərəli qaydada
təyin edilməsinə və keçirilməsinə, eləcə də ekspert qarşısında
qoyulacaq sualların düzgün tərtibatına dair müstəntiqə məsləhətlər
verir;
9. Prosessual hərəkətin gedişi zamanı müəyyən olunan
məlumatların əhəmiyyəti barədə müstəntiqə açıqlamalar verir,
istintaq versiyalarının irəli sürülməsində və əməliyyat-axtarış
tədbirlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində iştirak
edir.
İstintaq hərəkətlərinin keçirilməsi tədqiqatının nəticəsinin
inandırıcı dərəcədə təsdiq edilməsinə yardım edir. Mütəxəssisin
iştirakı ilə həyata keçirilən istintaq baxışı zamanı götürülən maddi
sübutların sayı və keyfiyyəti olduqca çox olur. Mütəxəssisin köməyi
ilə istintaq-əməliyyat qrupunun işi daha peşəkar, səmərəli və az
zaman sərf edilməsi ilə keçirilir. Mütəxəssisin iştirakı tapılmış izlərin
və digər obyektlərin xüsusiyyətlərinin operativ təhlilinin
mümkünlüyünü və onların ilkin fərqləndirilməsini təmin edir,
müstəntiqə müvafiq ekspertizaların təyinini qabaqcadan
planlaşdırmağa və ya əksinə, onların əsassız icrasından yayınmağa və
istintaq vaxtının uzadılmamasına imkan yaradır.
|