Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə213/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   516
 

Şakir Musayev  

 

210



Sonra istintaq hərəkətinin ikinci mərhələsində  həqiqi müəyyən 

edilmiş  və yaxud istintaqla yoxlanmış  məlumatları  nəzərə almaqla 

əvvəlcədən göstərilmiş müxtəlif atəş 

şəraitində silahdan 

eksperimental atəşlər açılır.  

Bu mərhələdə çox vaxt maddi sübutların, cinayət alətinin və 

cinayət qəsdi obyektlərinin əslindən yox, onların təbii bənzərindən və 

yaxud xüsusi hazırlanmış surətlərindən istifadə edilir. Silahlar özünün 

tam və ya hissəvi maketləri ilə, real iştirakçılar isə statistlərlə  əvəz 

olunur. Hadisə yeri mühitinin yenidən qurulması da eksperimental 

qaydada, işdə olan materiallar və s. əsasında həyata keçirilir. 

Tədqiqat obyektinin təbii və  ya  süni  bənzərləri (surət, maket və 

s.) ilə  dəyişdirilməsi zamanı yaranan nəzəri və  təcrübi tərtiblər 

modelləşdirilməlidir.  Şərait təhlilinin bu mərhələsi eksperimental 

modelləşmə kimi ifadə edilə bilər.  

Təcrübədə çox vaxt təbii model eksperimentləri keçirilir, yəni 

travma  şəraitinin canlandırılması real hadisə mühitində  və ya ona 

maksimal yaxın mühitdə aparılır. Hal hazırda aparılan cinayətin ayrı-

ayrı  şərait hallarının, o cümlədən travma mexanizminin stendli 

(xüsusi yer) və kompyuter vasitəsilə yenidən qurulması imkanı da 

vardır. Bu metod uzaq xarici ölkələrdə geniş  tətbiq olunur. 

Ölkəmizdə istintaq orqanları və ekspert müəssisələrində kifayət qədər 

maddı-texniki təminat olmadığından bu metoddan hələlik istifadə 

olunmur. 

Eksperimentdə alınmış empirik vəziyyət modeli öz quruluşuna 

görə  təhlil olunan şəraitin, o cümlədən yoxlama və  dəqiqləşdirmə 

tələb edən  şəraitlərin mühit və  şərait elementlərinin yığımından 

ibarətdir.  Əksər hallarda istintaq eksperimenti gedişində baş vermiş 

həqiqi  şəraitin nə eynisini və onun tam əksini yaratmaq mümkün 

deyildir. Hadisə  şəraitinin təcrübədə yalnız və ya çox dərəcədə 

oxşarlığını yaratmaq mümkündür. Eksperimental qaydada yenidən 

bərpa edilmiş  şərait heç vaxt real şəraitin eynisi olmayacaqdır. Bu 

onunla əlaqədardır ki, istintaq eksperimentinin iştirakçıları tərəfindən 

şəraitin subyektiv qavranılması  və qiymətləndirilməsi ilə bağlı 

çoxsaylı amilləri nəzərə almaq qeyri mümkündür.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin