Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə214/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   210   211   212   213   214   215   216   217   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

211



Empirik  şərait modeli bazasında müstəntiq və ekspert bütün 

toplanmış materialları  nəzərə almaqla öz ehtimal və  fərziyyələrini, 

yaxud cinayət iştirakçıları  və  şahidlərinin ifadələrini yoxlayırlar, 

təsdiq və ya inkar edirlər. Çoxamilli təcrübi təhlil və eksperiment 

gedişində  dərhal baş verən bir neçə  dəyişkənliyi nəzərə almaqla 

onlardan istifadə edərək, həmin dəyişkənliyin elə kombinasiyası 

tapılır ki, o, əvvəlcədən faktlarla sübuta yetirilmiş, həqiqi baş vermiş 

şəraitə yüksək dərəcədə daha çox uyğunluğunu təmin etmiş olsun. Bu 

şərait təhlilinin üçüncü - son mərhələsidir. Bütün, o cümlədən 

eksperimentdə yenidən alınmış  məlumatların sintezi, yəni konkret 

şərait məsələsinin həllidir. Nadir hallarda istintaqda tədqiq olunan 

hadisə barədə konkret variant olmadıqda və yaxud eksperiment 

gedişində variantlardan heç biri öz təsdiqini tapmadıqda,  şərait 

təhlilinin son mərhələsi proqnozlaşdırma xarakteri daşıyır. 

Eksperimentlər qurtardıqdan sonra, müstəntiq istintaq hərəkətinin 

gedişi və  nəticəsi  ətraflı  təsbit olunmaqla, protokol tərtib edir. 

Mütəxəssis ona lazımi məsləhətlər verərək kömək göstərir.  Əgər 

məhkəmə  həkimi istintaq hərəkətlərində  və  eyni vaxtda iş üzrə 

ekspert qismində  iştirak etmişdirsə, o, alınmış  nəticələri nəzərə 

almaqla tədqiqatını qurtarır.  Əvvəldən qarşısında qoyulmuş suallar 

haqda öz fikrini ekspertizanın nəticə hissəsində  qısa və dürüst ifadə 

edir və ya müstəntiqin qərarına  əsasən  əlavə  məhkəmə-tibbi 

ekspertiza keçirir. Rəydə bütün faktiki material və mütəxəssisin iş 

materiallarının kompleks şərait təhlilinə  əsaslanmış mürəkkəb dərk 

etmə fəaliyyətinin əsas nəticəvi və proqnostik mülahizələri öz əksini 

tapır. Beləliklə, istintaq eksperimenti mütəxəssis (ekspert) 

mülahizələri və müstəntiqin yoxlanıldığı variantların nə  dərəcədə 

düzgün olması və eksperimentdə alınmış məlumatların cinayətin real 

şəraitinə uyğunluğunun mümkün olması barədə  nəticələri ilə 

yekunlaşır. Mahiyyət etibarı ilə, bu eksperimental faktların sübutedici 

əhəmiyyətinin prosessual tanınması deməkdir. 

Ekspert nəticələrindən istifadə etməklə müstəntiq istintaq edilən 

cinayət  şəraitinin nəzəri modeli kimi meydana çıxan yeni variantlar 

tərtib edir. Öz növbəsində  həmin variantlar istintaq hərəkətləri, o 

cümlədən eksperiment keçirilməsi yolu ilə yoxlanıla bilərlər.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin