Şakir Musayev
22
Azərbaycan Respublikası CPM-nin 140.0.1-140.0.4-cü
maddələrində ölümün səbəbini, sağlamlığa yetirilən zərərin xarakter
və dərəcəsini təyin etmək üçün, şübhəli və təqsirləndirilən şəxsin
fiziki vəziyyətini (öz hüquq və qanunlarını müdafiə edəcəklərinə
şübhə olduqda), zərər çəkmiş şəxsin fiziki vəziyyətini (hadisənin
mahiyyətini düzgün qavramaq və ifadə vermək qabiliyyətinə şübhə
olduqda) müəyyən etmək üçün, yaş barədə sənəd olmadıqda iş üçün
əhəmiyyət kəsb etdikdə şübhəli, təqsirləndirilən və ya zərərçəkmişin
yaşını təyin etmək üçün məhkəmə-tibbi ekspertizanın keçirilməsi
məcburi sayılır.
Əgər ekspertiza ekspert idarəsinə təyin edilirsə, onun başlanması
həmişə müəssisə rəhbərinin öz prosessual fəaliyyətini həyata
keçirilməsi ilə bağlıdır (CPM, maddə 269). Deməli xüsusi biliklərdən
istifadənin bu formasına da məcburi üsul kimi baxmaq lazımdır.
Meyitə baxış və meyitin qəbirdən çıxarılmasında məhkəmə-tibb
ekspertinin iştirakı məcburidir (CPM, maddələr 236, 237). Şəxsin
soyundurulması ilə müşayiət edilən müayinələrdə müstəntiq və
müayinə olunan müxtəlif cinsə mənsub olduqda mütəxəssisin iştirakı
vacibdir (CPM, maddə 238). Bu halda müstəntiq təqsirləndirilən və
şübhəli şəxsin müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında
iştirak edə bilməz. Qeyd olunan istintaq hərəkətlərinin müvafiq
mütəxəssisin iştirakı olmadan aparılması cinayət-prosessual qanunun
pozulması sayılır.
Ekspertin və mütəxəssisin cinayət mühakimə icraatında
iştirakının CPM-nin məcburi sayılmayan bütün digər halları könüllü
sayılmalıdır. Buna ekspertin dindirilməsi, ekspert və mütəxəssisin
prosessual hərəkətlərdə iştirakı (CPM-nin 236 və 237-ci
maddələrində göstərilənlər istisna olunmaqla), istintaq
eksperimentində şəxsin soyundurulmasının vacibliyi ilə bağlı
olmayan müayinəsi, məhkəmə eksperimenti, ifadələrin yoxlanılması,
müqayisəli müayinə üçün nümunələrin götürülməsi, axtarış və
dindirmə aiddir. Göstərilən istintaq hərəkətlərinə ekspertin cəlb
edilməsi vacibliyi hadisənin şəraitindən və xarakterindən, onların
ekspert köməyi ilə müəyyən edilməsi və dəqiqləşdirilməsi
vəziyyətindən asılı olaraq hər bir halda müstəntiq tərəfindən təyin
|