Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
337
2. Donor sərbəst surətdə düşünərək yazılı formada orqan və (və
ya) toxumalarının götürülməsinə razılığını bildirməlidir;
3. Donorun hərtərəfli tibbi müayinədən keçməsi haqda və həkim
mütəxəssislər tərəfindən ondan orqan və (və ya) toxumalarının
transplantasiya olunması barəsində rəy olmalıdır;
4. Orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan
donorun resipiyentlə genetik uyğunluğu müəyyən olunmalıdır
(sümük iliyindən başqa).
Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək
orqan və toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki,
donorun həyatı üçün təhlükəli hallar, yaxud sağlamlığında
geridönməz pozğunluqlar yaranmasın. Orqan və toxumalarının
köçürülməsinə razılıq verən donor, səhiyyə orqanlarından qarşıda
olan operativ müdaxilə, orqan və (və ya) toxumalarının götürülməsi
barədə onun sağlamlığına təsir edə bilən bütün mümkün ağırlaşmalar
barədə tam və obyektiv informasiya tələb edə bilər. Donorun müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə
və reabilitasiya olunmaq, dərman vasitələri ilə təmin edilmək və
donorluqla əlaqədar əlil olarsa, qanunvericiliyə uyğun olaraq təqaüd
almaq hüququ vardır.
Səhiyyə idarəsinin həkimləri və digər əməkdaşları tərəfindən
donor və resipiyentin razılığı olmadan transplantasiya barədə
məlumatların yayılmasına qəti icazə verilmir. Bu məlumatları
yayanlar qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Əməliyyatı keçirib orqan və (və ya) toxumaların götürüb
hazırlanmasına icazə verilmiş səhiyyə təşkilatına onları satmaq
qadağandır. Qanunun bu tələbi toxuma komponentlərinin
hazırlanması üçün istifadə olunan preparat və köçürmə materiallarına
şamil edilmir.
|