Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə336/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   332   333   334   335   336   337   338   339   ...   516
 

Şakir Musayev  

 

336



məşğul olan fiziki və hüquqi şəxslər qanunvericilikdə müəyyən 

edilmiş qaydada məsuliyyət daşıyır. Transplantasiyaya aid reklama 

qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun yalnız tibb və 

əczaçılıq sahəsində və ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.  

İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında 

Azərbaycan Respublikasının Qanununda (maddə 2) transplantasiya 

obyektləri ola bilən orqan və (və ya) toxumaların siyahısı qeyd edilir. 

Bunlara ürək, ağ ciyər, böyrəklər, ürək – ağ ciyər kompleksi, qara 

ciyər, sümük iliyi, mədəaltı  vəzi və onların seqmentləri, gözün 

buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilən digər orqan və (və ya) toxumalar aiddir. Orqan və 

toxumaların transplantasiyası qanunu insanın nəsil artırma prosesinə 

aid olan orqanlara aid deyil. Buraya reproduktiv toxumalar (yumurta 

hüceyrələri, sperma, xayalar), həmçinin qan və onun komponentləri 

aid deyil. Onlara transplantasiya obyekti kimi baxılmır. 

Canlı  şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi 

aşağıdakı hallarda qadağandır: 

1. Donorun yaşı 18-ə çatmamışdırsa (sümük iliyinin köçürülməsi 

istisna olmaqla) ; 

2. Şəxs anlaqsızdırsa; 

3.  Əgər  nəzərdə tutulmuş  şəxsin həyatı üçün və resipiyentin 

sağlamlığı üçün təhlükəli olan xəstəlik aşkar edilmişsə; 

4.  Şəxs resipiyentdən xidməti və ya hər hansı bir formada 

asılıdırsa. 

Canlı donordan orqan və (və ya) toxumaların götürülməsinə 

məcburi razılığın alınmasını  həyata keçirən  şəxs qanunla müəyyən 

edilmiş qaydada məsuliyyəti daşıyır. Canlı şəxsdən orqan və (və ya) 

toxumaların götürülüb hazırlanması yalnız dövlət səhiyyə idarələri 

tərəfindən həyata keçirilə bilər. Buna xüsusiləşmiş  səhiyyə 

idarələrində icazə verilir və onların sayı    təsdiq olunmalıdır. Canlı 

donordan resipiyentə transplantasiya olunması üçün orqan və 

toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 

1. Donor qarşıda duran cərrahi müdaxilə, orqan və (və ya) 

toxumalarının götürülməsi ilə bağlı sağlamlığı üçün baş verə biləcək 

ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin