məhkəmə-tibb ekspertizasının
fəaliyyəti barədə
ƏSASNAMƏ
Azərbaycan Respublikası
Baş Prokurorluğu,
Ali Məhkəməsi, Milli Təhlükəsizlik
Nazirliyi, Daxili İşlər Nazirliyi ilə
RAZILAŞDIRILMIŞDIR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
27.11.2000-ci il tarixli
108 saylı əmrinə
Əlavə N-2
1. Ümumi müddəalar
1. Azərbaycan Respublikasında məhkəmə-tibb ekspertizası
Səhiyyə sistemi nəzdində ədalət mühakiməsinin məqsəd və
vəzifələrinə xidmət edir. Onun fəaliyyəti eyni zamanda əhaliyə
müalicə xidməti keyfiyyətinin yaxşılaşdırılmasında və profilaktik
tədbirlərin həyata keçirilməsində səhiyyə orqanlarına hərtərəfli
köməklik göstərilməsinə yönəldilmişdir.
2. Məhkəmə-tibb ekspertizası Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin məhkəmə-
tibb ekspertizası müəssisələrində aparılır: Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və patoloji
anatomiya» Elmi-Təcrübi və Tədris Birliyi; Naxçıvan Muxtar
Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və
patoloji anatomiya» Birliyi.
3. Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji
anatomiya" Elmi-Təcrübi və Tədris (bundan sonra "MTE və PA"
ETT) Birliyi Azərbaycan Respublikasında məhkəmə-tibbi və patoloji
anatomiya xidmətlərinin təşkiledici və rəhbər orqanıdır. Azərbaycan
Respublikasında məhkəmə-tibb ekspertiza işinin təşkilinə təcrübi,
təşkilati və metodoloji rəhbərlik Səhiyyə Nazirliyinin «MTE və PA»
ETT Birliyi tərəfindən təmin olunur.
363
|