Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə431/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   427   428   429   430   431   432   433   434   ...   516
 

Şakir Musayev  

 

402



238.3. Təqsirləndirilən və ya şübhəli  şəxs üzərində  şəxsi 

müayinənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna 

malikdir. 

238.4. Zəruri hallarda şəxsi müayinə  həkimin və ya məhkəmə 

təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır. Barəsində  şəxsi 

müayinə aparılan  şəxsin soyundurulması ilə müşayiət edilən  şəxsi 

müayinə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. 

238.5.  Əks cinsdən olan şəxsin soyundurulması  zərurəti 

yarandığı halda müstəntiq, təqsirləndirilən və ya şübhəli  şəxsin 

müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında iştirak edə 

bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi müayinə həkimin və 

ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır. 

238.6.  Şəxsi müayinə qurtardıqdan sonra müstəntiq bu istintaq 

hərəkətinin protokolunu tərtib edir və protokolda aşağıdakılar 

göstərilir: 

238.6.1. şəxsi müayinənin aparıldığı vaxt, tarix və yer; 

238.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

238.6.3.  şəxsi müayinədə  iştirak etmiş  məhkəmə  təbabəti 

sahəsində mütəxəssisin və ya həkimin vəzifəsi, soyadı, adı və atasının 

adı; 


238.6.4.  şəxsi müayinənin aparılmasında iştirak edən  şəxslərin 

soyadı, adı  və atasının adı, habelə onların doğulduğu il, ay, gün və 

yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, 

faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 

238.6.5. müşahidə edilmə ardıcıllığı ilə  şəxsi müayinə zamanı 

bütün aşkar olunanlar. 

238.7.  Şəxsi müayinə protokolu ona öz qeydlərinin daxil 

edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin 

bütün iştirakçıları  tərəfindən imzalanır. Protokol bir neçə  səhifədə 

tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları 

tərəfindən imzalanır. 

 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin