Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə73/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   516
 

Şakir Musayev  

 

68



yol verilmir. Ekspertə  təsir edilməsində günahkar olan şəxs, 

qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyır; 

-  dövlət məhkəmə-ekspert idarəsinin rəhbəri konkret məhkəmə 

ekspertizası üzrə ekspertə  nəticələrin məzmununu qabaqcadan həll 

edə bilən göstərişlər verə bilməz; 

-  dövlət məhkəmə-ekspert idarəsinin rəhbərinin icrası 

başlanmış  məhkəmə ekspertizasının nəticəsində maraqlı olması 

təsdiqlənərsə, məhkəmə-ekspert idarəsinə  məhkəmə ekspertizasının 

aparılması  həvalə edilə bilməz və  həmin məhkəmə ekspertizasının 

icrası təcili dayandırılır; 

-  canlı  şəxsin məhkəmə ekspertizasının icrasında, həmin  şəxsə 

ekspertiza təyin olunmamışdan  əvvəl tibbi yardım göstərmiş  həkim 

iştirak edə bilməz; 

-  şəxsin azadlığının və ya şəxsi toxunulmazlığının müvəqqəti 

məhdudlaşdırılmasını tələb edən məhkəmə ekspert tədqiqatları, ancaq 

qanunun müəyyən etdiyi əsas və qaydada aparılır.  Əgər  şəxs hesab 

edir ki, dövlət məhkəmə ekspert idarəsinin və ya ekspertin hərəkəti 

(hərəkətsizliyi) vətəndaşın hüquq və azadlığının və ya hüquqi şəxsin 

hüquq və qanuni maraqlarının məhdudlaşmasına səbəb olub, qeyd 

olunan hərəkətlərdən (hərəkətsizlikdən) qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada şikayət edə bilər; 

-  canlı  şəxsin məhkəmə-ekspertizasını apararkən qadağandır: 

məhkəmə ekspertizası aparılan  şəxsdən məlumat almaq üçün 

hüququn məhdudlaşdırılması, onu aldatma, zorakılıq və digər 

qanunsuz hərəkətləri tətbiq etmək, yeni diaqnostika metodları, yeni 

dərman maddələri, xəstəliyin profilaktika və müalicəsi üçün sınaqlar 

aparmaq, həmçinin məhkəmə ekspertizası aparılacaq şəxsdən biotibbi 

eksperimentlər aparmaq üçün obyekt kimi istifadə etmək; 

-  canlı şəxsin məhkəmə ekspertizasını apararkən güclü ağrı ilə 

müşayiət olunan və ya şəxsin sağlamlığına zərər vuran müayinə 

metodlarından, cərrahi müdaxilə metodlarından, o cümlədən 

səhiyyənin təcrübəsində  tətbiqi qadağan olunmuş metodlardan 

istifadə edilməsi qadağandır. Məhkəmə ekspertizası aparılacaq  şəxs, 

onun barəsində  tətbiq olunacaq tədqiqat metodları (eləcə  də 

alternativ), ola biləcək ağrı hissiyyatı  və  əlavə  təsirləri barədə onun 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin