Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə148/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

145



müstəntiqin ayrıca imzaları ilə təsdiqlənməlidir (dindirmə aparılarkən 

dindirilənin imzası ilə).  

Hər hansı bir səbəbdən mütəxəssis protokolu imzalamaqdan 

imtina edirsə, bu barədə protokolda müvafiq qeydiyyat aparılır və 

müstəntiqin,  əgər istintaq hərəkətində müdafiəçi və hal şahidləri 

iştirak edirsə, onların imzası ilə  təsdiqlənir. Mütəxəssisə protokolu 

imzalamaqdan imtina etməsinin səbəblərini izah etmək üçün imkan 

verilir və həmin izahat mütləq qaydada protokola qeyd olunur. 

Mütəxəssisin vəzifəsi müstəntiqə istintaq hərəkətinin hazırlığında, 

keçirilməsində, nəticələrin tərtibində kömək etməsi ilə kifayətlənmir 

və bununla onun prosessual fəaliyyəti qurtarmır.  

Sübutların qiymətləndirilməsi işdə olan materialların 

qeydiyyatına və  təhlilinə  əsasən təhqiqatçının, müstəntiqin, 

prokurorun və  məhkəmənin müstəsna hüququdur. Mütəxəssisin 

mülahizələri istintaq hərəkəti nəticəsinin düzgün başa düşülməsində

sübutların  əsasını təşkil edən faktiki məlumatların tam, hərtərəfli və 

obyektiv qiymətləndirilməsində  əhəmiyyətli dərəcədə  təhqiqatçıya, 

müstəntiqə, prokurora və  məhkəməyə köməklik edir. Yəni, 

mütəxəssis öz səlahiyyətinə müvafiq olaraq, sübutların mənası haqda 

deyil, onların  əsasını  təşkil edən faktiki məlumatlar haqda öz 

mülahizələrini söyləmək hüququna malikdir. İstintaq hərəkəti 

nəticəsinin qiymətləndirilməsində mütəxəssisin iştirakı, eyni vaxtda 

onun peşəkarlıq səriştəsinin təkmilləşdirilməsinə köməkdir və 

növbəti oxşar prosessual hərəkətlər keçirilərkən səhvdən 

çəkindirəcəkdir.  

Hər  şeydən  əvvəl qeyd etmək lazımdır ki, istintaq hərəkətini 

dindirmə, istintaq eksperimenti, ifadələrin yoxlanılması, nümunələrin 

götürülməsi ya tanınmaya təqdim etmə, onun nəticələrinin 

müzakirəsindən ayrılmalıdır. Nəticədə istintaq edilən hadisənin 

gedişinin daha obyektiv və 

hərtərəfli araşdırılmasına, 

canlandırılmasına və öyrənilməsinə imkan yaranır.  İkincisi, yadda 

saxlamaq lazımdır ki, istintaq hərəkəti gedişində mütəxəssisin hər 

hansı bir fikri olduqca ilkin xarakter daşıyır, müstəntiqin xahişi ilə 

ona yalnız şifahi halda deyilə bilər və protokola qeyd olunmur. Çox 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin