Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə157/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

153



baxışdan sonra göndərildiyi yer də göstərilməlidir. Mütəxəssis 

protokolun tərtibatında müstəntiqə yardım edir. 

Götürməyə (müayinə üçün) və axtarışın həyata keçirilməsinə 

məhkəmə  təbabəti sahəsində mütəxəssis nadir hallarda cəlb olunur. 

Adətən hallarda götürmə istintaq baxışı  və ya müayinəsi prosesində 

həyata keçirilir. 

Axtarışın məqsədi (CPM, maddə 242) cinayət alətlərinin, cinayət 

yolu ilə  əldə edilmiş  əmlak və qiymətli  əşyaların, cinayət işi üçün 

əhəmiyyət kəsb edən digər  əşya və ya sənədlərin tapılması  və 

götürülməsi, o cümlədən, axtarılan  şəxslərin və meyitlərin 

tapılmasıdır.  İtkin düşmüşlərin, xüsusən də üzərində itkin düşmüş 

şəxsə  məxsus  əlamətləri olan meyit və obyektlərin axtarışı zamanı 

məhkəmə təbabəti üzrə mütəxəssisin axtarışa cəlb olunması olduqca 

vacibdir. Belə hallarla ən çox daşınmaz  əmlakın, məsələn mənzilin 

qarət olunması  məqsədilə törədilən qətl hadisələrində ciddi zərurət 

yaranır. Belə ki, paralel olaraq, güman edilən cinayətkarın 

əlamətlərini təyin etməyə imkan verən bioloji izlər də müəyyən edilə 

bilər. Bu halda, məhkəmə həkimi müstəntiqə itkin düşmüş insanın və 

ya cinayətkarın şəxsiyyətini təsdiq edə bilən sənədlərin və müəyyən 

obyektlərin, o cümlədən qan izlərinin, ağız suyunun və digər 

ifrazatların, tüklərin və s. tapılmasına və götürülməsinə yardım edir. 

Götürmə, cinayət işi üçün vacib sayılan müəyyən  əşya və 

sənədlərin götürülməsi üçün həyata keçirilir. Axtarışdan fərqli olaraq

götürmə zamanı götürüləcək sənədlərin və əşyaların harada və kimdə 

olması dəqiq məlum olur.  

Götürmə zamanı bir çox hallarda məhkəmə-tibb ekspertləri 

mütəxəssis kimi deyil, dövlət məhkəmə ekspert idarəsinin vəzifəli 

şəxsləri kimi iştirak edirlər. Nümunə kimi, müstəntiqin cinayət işinə 

əlavə olunması  nə-zərdə tutulmuş maddi sübutların (müayinə 

olunacaq obyektlərlə birgə, məhkəmə-ekspert idarəsinə  gətirilən 

paltarların, qiymətli  əşyaların və digər  əşyaların) götürülməsini 

göstərmək olar. Eyni götürülmə qaydası müqayisəli müayinə üçün 

nümunələrə münasibətdə  də  nəzərdə tutulub. Bu nümunələr 

mütəxəssisin öncə keçirdiyi müayinələr zamanı  əldə edilir və digər 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin