Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə160/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   516
 

Şakir Musayev  

 

156



5. Obyektlərin toxunulmazlığını, təsbit edilməsini və 

qablaşdırılmasını  təmin etməkdə müstəntiqə texniki yardım göstərir 

və məsləhətlər verir; 

6. Müqayisə üçün götürülən nümunələrin axtarışı  və  əldə 

edilməsində, seçilməsində iştirak edir. Nümunələrin sonrakı müayinə 

üçün yararlığının ilkin qiymətləndirilməsini aparır; 

7. Xüsusi avadanlığın səmərəli istifadə edilməsini təmin edir; 

8. İstintaq hərəkətinin gedişatı qaydalarına (məsələn, baxış 

zonasının genişləndirilməsi yaxud daralmasına dair, şəxsin 

instrumental müayinədən keçirilməsinə, yaxud onun klinika profilli 

mütəxəssislərin məsləhətinə göndərilməsinə dair və s.), təkrar və ya 

əlavə istintaq hərəkətinin keçirilməsinin vacibliyinə, tapılmış 

obyektlərin və izlərin məhkəmə-tibbi ekspertizanın səmərəli qaydada 

təyin edilməsinə  və keçirilməsinə, eləcə  də ekspert qarşısında 

qoyulacaq sualların düzgün tərtibatına dair müstəntiqə  məsləhətlər 

verir; 


9. Prosessual hərəkətin gedişi zamanı müəyyən olunan 

məlumatların  əhəmiyyəti barədə müstəntiqə açıqlamalar verir, 

istintaq versiyalarının irəli sürülməsində  və  əməliyyat-axtarış 

tədbirlərinin  əsas istiqamətlərinin müəyyənləşdirilməsində  iştirak 

edir. 

İstintaq hərəkətlərinin keçirilməsi tədqiqatının nəticəsinin 



inandırıcı  dərəcədə  təsdiq edilməsinə yardım edir. Mütəxəssisin 

iştirakı ilə  həyata keçirilən istintaq baxışı zamanı götürülən maddi 

sübutların sayı və keyfiyyəti olduqca çox olur. Mütəxəssisin köməyi 

ilə istintaq-əməliyyat qrupunun işi daha peşəkar, səmərəli və az 

zaman sərf edilməsi ilə keçirilir. Mütəxəssisin iştirakı tapılmış izlərin 

və digər obyektlərin xüsusiyyətlərinin operativ təhlilinin 

mümkünlüyünü və onların ilkin fərqləndirilməsini təmin edir, 

müstəntiqə müvafiq ekspertizaların təyinini qabaqcadan 

planlaşdırmağa və ya əksinə, onların əsassız icrasından yayınmağa və 

istintaq vaxtının uzadılmamasına imkan yaradır. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin