Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə173/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

169



2. orqanizmin funksiyalarının pozulmasının xarakteri və 

ardıcıllığını, göstərilmiş tibbi  və digər yardımın növünü, həyat üçün 

təhlükə doğuran vəziyyətlərin inkişafını və ölüm prosesinin gedişini 

təsdiq edən, zərərçəkmişin sağlamlıq vəziyyətinin və davranışının 

xüsusiyyətləri (kliniki-tanatoloji aspekt); 

3. zərərçəkmişin (meyitin) və ya hadisənin digər iştirakçılarının 

şəxsiyyətini təsdiq 

edən  əlamətləri, zədə yetirən alətin quruluş xüsusiyyətləri 

(identifikasiya aspekti); 

4. cinayətin törədilmə vaxtı  və yeri, hadisə yerinin şəraitinin 

xüsusiyyətləri, istintaq edilən hadisə baş verərkən təbii, məişət və ya 

istehsalat mühitinin hər hansı xüsusi fiziki faktorlarının olması, xarici 

mühit və onların dinamikada dəyişməsi, cinayət iştirakçıları  və 

şahidlərinin sağlamlıq vəziyyəti, professional hazırlığı, xüsusi 

bacarığı və biliyi və s. (situasiya aspekti). 

İstintaq hallarının müxtəlif olması bu sualların ümumilikdə 

baxılmasına imkan verir. Çox vaxt onlar dindirilən şəxsin prosessual 

statusu ilə müəyyən olunur.  

Şübhəli və  təqsirləndirilən  şəxsin dindirilməsində  məhkəmə-tibb 

ekspertini çox vaxt cinayətin törədilmə üsuluna, istifadə olunan 

alətlərə  və  zədə yetirilmənin mexanizminə aid məlumatlar 

maraqlandırır: 

-- zədə hansı alət və ya silahla yetirilib – ümumi və konstruktiv 

xarakteristikası, təyinatı, hazırlanma materialı  və üsulu, tərkib 

xüsusiyyətləri,  əvvəlki istifadə  və saxlanma şəraiti, zədə yetirən 

səthin ölçüsü, forması, relyefi və s.; 

-- travmatik qüvvənin təsir yeri

-- travmatik təsirin istiqaməti; 

-- travmatik təsirin gücü; 

-- təsirlərin sayı; 

-- ardıcıllığı; 

-- açıq mühitdə silahın oriyentasiyası (təqsirləndirilən  şəxsin 

əlində atəş anında silah lüləsinin və ya digər alətin vəziyyəti); 

-- zərərçəkmişin və hücum edən  şəxsin pozaları, onların 

dinamikada qarşılıqlı vəziyyəti. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin