Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə187/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

183



8.7. Üzləşdirmə. 

 

Üzləşdirmə - dindirilmənin xüsusi prosessual növüdür. Bu 

istintaq hərəkəti  əvvəl-cə dindirilmiş iki və daha çox şəxslərin bir-

birinin iştirakı ilə eyni vaxtda və növbə ilə dindirilməsidir. Dindirilən 

şəxslər arasında üzləşdirmə, onların verdikləri ifadələrdə eyni hallara 

aid olan məlumatlar bir-birini inkar etdikdə  və  həmin məlumatlarda 

əhəmiyyətli ziddiyyətlər olduqda aparılır. Üzləşdirmənin məqsədi - 

ziddiyyətlərin nümayiş etdirmək və onları aradan qaldırmaqdır.  

Üzləşdirmə  təqsirləndirilən,  şübhəli  şəxslər, zərərçəkmişlər, 

şahidlər arasında, o cümlədən təqsirləndirilən və  şübhəli  şəxs

təqsirləndirilən və zərərçəkmiş, təqsirləndirilən və şahid, şübhəli şəxs 

və zərərçəkmiş, şübhəli şəxs və şahid, zərərçəkmiş və şahid arasında 

aparıla bilər.  

Üzləşdirmənin planlaşdırılmasında və ona hazırlıq mərhələsində 

məhkəmə-tibb ekspertinin vəzifəsi müxtəlif  şəxslərin ifadələrində 

aşkar olunmuş ziddiyyətlərin  əhəmiyyətli olmasını  və onların 

üzləşdirmə yolu ilə aradan qaldırılmasının mümkünlüyünü müəyyən 

etməkdir.  

Mütəxəssisin fikirincə, məhkəmə həkiminin fəaliyyət predmetinə 

aid olan və bir-birini inkar edici xarakter daşıyan hallara aid müxtəlif 

mənalı  məlumatları birləşdirən ifadələr  əhəmiyyətli ziddiyyət təşkil 

edən ifadələrdir. Müstəntiq, öz növbəsində, alınmış ziddiyyətli 

ifadələrin, iş üçün sübuti əhəmiyyətinin və sübutların 

qiymətləndirilməsində vacib olmasını müəyyən edir (bu 

ziddiyyətlərin  əhəmiyyətlilik dərəcəsinin prosessual aspektini təşkil 

edir).  


Üzləşdirilməyə çağırılmış  şəxslərə açıqlanması üçün istintaq 

hərəkəti aparılan hallar barədə növbə ilə izahat vermək təklif olunur. 

Bundan sonra müstəntiq və mütəxəssis onlara suallar verir. Dindirilən 

şəxslər müstəntiqin icazəsi ilə bir-birinə suallar verə bilər. 

Üzləşdirmə üçün çağırılmış şəxslərin dindirilmə və sualların verilmə 

ardıcıllığını müstəntiq təyin edir. Üzləşdirmə zamanı müstəntiq 

maddi sübutları və sənədləri, həmçinin ekspert rəyini də təqdim edə 

bilər. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin