Şakir Musayev
304
11.3. Tanınmaya təqdim etmədə
ekspertin (mütəxəssisin) iştirakı
Tanınmanın nəticəsi və onun dəqiqliyini təyin edən vacib faktor
bu istintaq hərəkətinin prosessual tələblərinə əməl olunması, onun
bütün iştirakçılarının rasional effektli hərəkəti və qarşılıqlı əlaqələrin
düzgün təşkil olunmasıdır. İnsanın anatomik və fizioloji əlamətlərinin
identifikasiyada xüsusi əhəmiyyəti üzərində dayanmadan
(ədəbiyyatlarda lazımi qədər məlumatlar var) tanınmaya təqdim
etmədə məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı işinin
təşkilini nəzərdən keçirək. Bu baxımdan öncə meyitləri tanınmaya
təqdim etmədə iştirak etməyə dəvət olunan məhkəmə təbabəti
sahəsinin mütəxəssisi aşağıdakı prinsipləri rəhbər tutmalıdır.
1. Prosessual hərəkətin təşkili və onun aparılmasında müstəntiqin
rəhbər rolu.
2. Əvvəldən planlaşdırmanın zərurəti.
3. Meyitin və itkin düşmüş şəxsin əlamətlərinin müəyyən
edilməsinə maksimal cəhd.
4. Əlamətlərin qiymətləndirilməsi və onların identifikasiya üçün
əhəmiyyətinə diferensial yanaşma (onların populyasiyada davamlığı,
dəyişkənliyi və yayılmasını nəzərə almaqla).
5. Tanıyan şəxsin psixoemosional vəziyyətinin nəzərə alınması.
Prosessual nöqteyi-nəzərdən tanınmaya təqdim edilmədə
məhkəmə tibb eksperti və məhkəmə təbabəti sahəsi üzrə digər
mütəxəssis iştirak edə bilər (cinayət işi açılmış və ekspertiza təyin
olunmuşdursa).
Tanınmada iştirak etmiş mütəxəssis sonra həmin iş üzrə ekspert
qismində iştirak edə bilər. Tanınmaya təqdim etmədə hal şahidləri
iştirak edir. Meyitlərə görə tanınmaya təqdim olunmuş məhkəmə tibb
ekspertinin işi 3 mərhələdən ibarətdir: hazırlıq, tanınmanın özündə
iştirak etmə, istintaq hərəkətinin nəticəsinin qiymətləndirilməsində
iştirak etmə.
Hazırlıq mərhələsinə aiddir:
1. Meyitin tanınmaya təqdim olunmasının məqsədəuyğunluğu və
|