Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
27
məcəlləsinin müəyyən etdiyi qaydada tədqiqatların aparılmasında
həyata keçirilən prosessual hərəkətdir.
Beləliklə, dövlət məhkəmə-ekspertizası idarələrinin fəaliyyətinin
vəzifələri, yəni məhkəmə ekspertizası aparılması yolu ilə həll edilən
vəzifələri, konkret iş üzrə sübut olunmalı halların müəyyən
olunmasında təhqiqat orqanlarına, təhqiqat aparan şəxslərə,
müstəntiqlərə, prokurorlara, məhkəmə və ya hakimlərə köməklik
hesab olunur (D.M.E.F.H.Q. maddə 3). Bu halların müəyyən
olunmasında əsas, məlumat mənbəyi, CPM-nin 127-ci maddəsinə
uyğun olaraq ekspert rəyidir. Onların müəyyən olunması üsulu isə -
tədqiqatlar aparılması və elm, texnika, incəsənət və ya sənətkarlıq
sahəsində xüsusi biliklərin əsasında sualların həll edilməsidir.
|