Şakir Musayev
26
müayinələrin nəticəsinə əsaslanaraq və öz xüsusi biliklərinə uyğun
olaraq rəy tərtib edir.
Ekspertə hər hansı bir proses iştirakçısının və ya digər şəxslərin
xeyrinə rəy vermək məqsədilə məhkəmə, hakimlər, təhqiqat
orqanları, təhqiqat aparan şəxs, müstəntiq və prokurorlar, eləcə də
digər dövlət orqanları, təşkilat və ayrı-ayrı şəxslər tərəfindən təzyiq
edilməsinə yol verilmir. Ekspertə təzyiq edilməsində günahlandırılan
şəxs Azərbaycan Respublikası qanunvericiliyinə görə məsuliyyət
daşıyır (D.M.E.F.H.Q. maddə 6).
Müstəqillik prinsipi ekspertin prosessual sərbəstliyi ilə təmin
edilir. Cinayət mühakimə icraatının iştirakçısı kimi cinayət
prosesində ekspertə geniş hüquqlar verilir. Obyektivlik, hərtərəflilik
və tamlıq məhkəmə-ekspert fəaliyyətinin vacib tələblərdir. Ekspert
yalnız elmə və praktikaya əsaslanaraq, öz peşəsinə uyğun olaraq
obyektiv, hərtərəfli və tam həcmdə müayinə aparmalıdır.
Ekspertin obyektivliyinə onun müstəqilliyi və işin yekununda
marağının olmaması zəmanət verir. Ekspert ona təqdim edilmiş bütün
obyektləri müayinə etməli və təcrübədə sınaqdan çıxmış və rəsmi
məsləhət görülmüş lazımi metodikadan istifadə etməli, qarşısında
qoyulmuş bütün suallara cavab verməli, əgər cavab verə bilmirsə
həmin suallara cavab verməkdən imtina etməsini əsaslandırmalıdır.
Alınmış nəticələrin əsaslı və doğruluğunun yoxlanılması
ekspertizanı təyin etmiş şəxs və ekspert idarəsinin rəhbəri tərəfindən
həyata keçirilir. Bu vaxt ekspert rəyində aparılan tədqiqatların
nəticələri və şərh edilmənin gedişinə, obyektlərin saxlanılma
qaydalarının tələbinə, nəticənin əsaslı olmasına, rəyin əyani
vasitələrlə tərtib edilməsinə fikir verilməlidir.
Məhkəmə ekspertiza fəaliyyətinin əsas məzmunu məhkəmə
ekspertizasının təşkili və aparılmasıdır.
Məhkəmə-ekspertizası konkret iş üzrə sübut əhəmiyyətinə malik
olan faktiki halların müəyyənləşdirilməsi məqsədilə, təhqiqat
orqanları, təhqiqat aparan şəxs, müstəntiq, prokuror, hakim və ya
məhkəmə tərəfindən ekspert qarşısına qoyulmuş və həlli üçün elm,
texnika, incəsənət və ya sənətkarlıq sahəsində xüsusi bilik tələb edən
suallar əsasında ekspert rəyinin verilməsi və cinayət-prosessual
|