Maddə 11. Ekspert
Ali təhsili olan, müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə
hazırlığı keçmiş Azərbaycan Respublikasının vətəndaşı ekspert ola
bilər.
İxtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq
ekspertlərə ixtisas dərəcəsi verilir.
Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı nəzərə alınmaqla
məhkəmə ekspertizası idarəsinin ekspertlərinə tabeliyində olduqları
müvafiq icra hakimiyyəti orqanlarının işçiləri üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rütbə
dərəcələri verilir.
Dostları ilə paylaş: |