Maddə 123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş
şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə
123.1.Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
123.2.Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi
aşmaqla qəsdən adam öldürmə üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
|