Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma
126.1.Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün
təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı
bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi
pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək
qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla uzun müddətə
itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin
peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya
hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla
xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə
eybəcərləşdirilməsində ifadə olunan zərər vurma
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
126.2.Eyni əməllər:
126.2.1.iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir
qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
|