Şakir Musayev
432
Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə
məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir
neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə
nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar
törədilməsi hesab olunur.
Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal
sonra qəsdən öldürməsi
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan
vəziyyətində qəsdən adam öldürmə
122.1.Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və
ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində,
habelə zərəçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız
davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait
nəticəsində qəflətən baş vermiş güclü ruhi həyacan (affekt)
vəziyyətində qəsdən adam öldürmə
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
122.2.Güclü ruhi həyacan vəziyyətində iki və ya daha çox şəxsi
qəsdən öldürmə
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Dostları ilə paylaş: |