Ponseti metodunun müalicə mərhələləri nələrdir?
Əyripəncəliyin çoxu qısa manipulyasiya və sonra maksimum düzəlmiş vəziyyətdə gips sarğısıyla düzəldilə bilər. Təqribən beş ardıcıl
tətbiq edilən gips sarğısı sonrası kavus, adduksiya və varus düzəldilir. Ekin deformasiysının düzəldilməsi üçün dəri üzərindən axil
tenotomiyası demək olar ki, bütün hallarda tətbiq edilir və ayaq sonuncu dəfə 3 həftəlik gips sarğısına alınır. Bu düzəlmə ayaq abduksiya
cihazına [2] qoyularaq gecə şinalaması ilə qorunur və uşaq 2-4 yaşına çatana qədər davam etdirilir. Bu metodla müalicə edilən ayaqların
normal yerimə imkanı yaradacaq qədər güclü, elastik və ağrısız olduğu göstərilmişdir.
Dostları ilə paylaş: |