Clubfoot: Ponseti Management [Azeri]


Ponseti metodu ilə müalicə nə vaxt



Yüklə 343,72 Kb.
səhifə10/79
tarix28.12.2021
ölçüsü343,72 Kb.
#11829
1   ...   6   7   8   9   10   11   12   13   ...   79
Ponseti metodu ilə müalicə nə vaxt

 

baĢlanır?

 

Mümkünsə, doğuşdan sonra ən qısa vaxtda başlayın (7-10 gün). Buna baxmayaraq, 



əyri pəncəliyin əksəriyyəti uşaq vaxtı bu metodun tətbiqi ilə düzəldilə bilər. 

 

 



Müalicəyə erkən baĢlanarsa neçə  gips  sarğısı dəyiĢdirilməsi 

tələb olunur?

 

Əyri pəncəlik  deformasiyalarının çoxu manipulyasiya sonrası həftəlik tətbiq edilən 



gips sarğıları ilə təqribən 6 həftəyə düzəlir. Əgər altı-yeddi gips sarğısı sonrası 

deformasiya düzəlmirsə, müalicədə xəta vardır. 



Effektiv müalicə ən gec nə vaxta qədər baĢlana bilər?

 

Məqsəd uşaq doğulduqdan sonra br neçə həftə içində müalicəyə başlamaqdır. Buna bax-  



mayaraq, deformasiyanın düzəldilməsi çox vaxt  gec uşaqlıq dövründə də mümkündür 

Müalicənin gecikdirildiyi hallarda Ponseti metodu faydalı ola bilərmi?

 

Erkən uşaqlıq dövrünə qədər gecikdirilmişlərdə də müalicəyə Ponseti metodu ilə başlana  



bilər. Bəzilərinə cərrahi müdaxilə lazım olur, amma Ponseti metodu tətbiq edilən- 

lərdə cərrahi müdaxilənin  ölçüsü tətbiq edilməyənlərə görə daha kiçik olacaq. 

 

 

6



 


 

 

 



Ponseti metodu ilə müalicə edilən əyripəncəli körpələrdə nəzərdə tutulan nəticə nədir?

 

Tək tərəfli əyripəncəli xəstələrdə xəstə olan tərəf  normal tərəfə nisbətən daha qısa (ortalama 1.3sm) və incədir (ortalama 0.4sm) 



Alt ətrafların uzunluqları eynidir, amma xəstə tərəfin çevrəsi normal tərəfə görə kiçikdir (ortalama 2.3sm). Ayaq güclü, elsatik və ağrısız ol- 

malıdır. Bu düzəlmə xəstənin həyatı boyu davam etməsi üçün nəzərdə tutulur. Bu müalicə ilə uşaqlıq dövrü üçün  normal funksiyaya malik  

 və yetkinlik dövrü üçün ağrısız, hərəkətli ayaq təmin olunur. 

Valideynlərində də əyripəncəlik  olan uĢaqlarda bu patologiyanın görülmə sıxlığı necədir?

 

Valideynlərdən birində bu patologiya olubsa, uşaqda görülmə ehtimalı 3%-4%-dir. Valideynlərdən hər ikisində bu patologiya rastlanıbsa  



onda, uşaqlarda görülmə ehtimalı 30%-ə qədər yüksəlir.  


Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin