Tenotomiyanın təĢkili
1
Asistent ayağı maksimum dorzifleksiyada tutarkən daban sümüyündən 1.5 sm yuxarıda teno-
tomiya yeri müəyyən edin. Tenotomiya üçün seçilmiş yerdə tendonun iç tərəfinə az miqdar-
da yerli anestetik verin. Həddindən çox yerli anestetik vurulması tendonun palpasiyasını və
proseduru çətinləşdirdiyini unutmayın. Bölgənin anatomiyasına diqqət edin. Sinir-damar
dəstəsi axil tendonun anteromedialında yerləşir [2 [əvvəlki səhifədə]. Axil tendonu (mavi)
vətər qılıfında (boz) yerləşir.
Tenotomiya
Neştərin ucunu medial tərəfdən dərini keçdikdən sonra vətərin anterioruna doğru da-
vam etdirin [6 əvvəlki səhifədə]. Neştərin yastı tərəfini vətərə paralel tutun. İlk
giriş
yeri uzunlamasına çərtik əmələ gətirir. Dəridəki çərtiyi böyütməmək üçün diqqətli
davranmaq lazımdır. Vətər qılıfı (boz) kəsilməməlidir [3 əvvəlki səhifədə]. Neştərin
kəskin tərəfi posteriora vətərə çevrilir və arxaya doğru hərəkət etdirilir. Vətərin
kəsilmə səsi eşidilir. Bu səs eşidilməyibsə vətər hələ tam kəsilməyib. Tenotomiya-
dan sonra əlavə 15-20º dorzifleksiya əldə edilir [7 əvvəlki səhifədə].
Dostları ilə paylaş: