Hazırlıq
Ailənin hazırlanması
Ailəyə başa salaraq onları prosedura hazırlayın. Onlara
tenotomiyanın kiçik prosedur olduğunu və poliklinikada yerli anesteziya ilə edilə
biləcəyini başa salın.
Ləvazimat
Lazımi ləvazimatları hazırlayın [1]. Tenotomiya üçün no:11 və ya
no:15, ya da oftalmoloji bıçaq kimi kiçik skalpel seçə bilərsiniz.
Dərinin Hazırlanması
Asistent bir əli ilə ayaq barmaqlarından, digər əli ilə
bud nahiyəsindən tutarkən baldırın ortasından ayağın ortasına qədər dərini antisep-
tiklə silin [4].
Anesteziya
Vətər ətrafına az miqdarda yerli anestetik verin [5]. Həddindən çox
yerli anestetikin vurulması vətərin palpasiyasını və proseduru çətinləşdirdiyini unut-
mayın.
Dostları ilə paylaş: |