Gips sarğısının çıxarılması
3 həftə sonra gips sarğısı çıxarılır. 20º-lik dorzifleksiya əldə edilir. Vətər sağalmışdır [3 sağ
əvvəlki səh]. Cərrahi çapıq toxuması azdır. Ayaq şinalanmağa hazırdır [2]. Ayaq normadan
çox abduksiyada düzəldilmiş görünür. Bu, sıxlıqla valideyini narahat edir. Bunun norma daxi-
lində ayağın tam abduksiyası olduğunu başa salın.
Tenotomiya zamanı edilən səhvlər
Vaxtından əvvəl ekinizmin düzəldilməsi
Daban varusu və ayaq supinasiyası düzəldil-
məmiş ekinizmin düzəldilmə təşəbbüsü beşik ayaq deformasiyasına yol açır. Ekinizm aşıq
daban oynağından daban sümüyünə abduksiya veilərək düzəldilə bilər. Tenotomiyaya gös-
təriş kavus, adduksiya və varus tam düzəldildikdən sonra verilir.
Tenotomiyanın baĢa çatdırılmaması
Tenotomiya zamanı anidən uzanma və səs
eşidilməsi prosedurun başa çatdığını göstərir. Bunlar yoxdursa natamam tenotomiya sayı-
lır. Əgər səs eşidilməyibsə tenotomiya manevrasını təkrarlayın.
Dostları ilə paylaş: |