Anesteziya, xəstəyə pozisiya vermə və kəsik aparılması
3 4
Ümumi anesteziya altında xəstəni arxası üstünə yatırın. Turniketi
bud bölgəsinə sarıb şişirdin. Lateral pazabənzər sümük üstündən
keçən dorzolateral dəri kəsiyi tətbiq edin. Pazabənzər sümüyün
proyeksiyası aşıq sümüyü başının önünə, üçüncü ayaq daraqar-
xası sümüyün proksimalına düşür [1]. Tibialis anterior vətərinin
bağlandığı yer üstündə dorzomedial dəri kəsiyi tətbiq edin [2].
Anterior tibialis vətərini açığa çıxarın
Vətəri açığa çıxarın və bağlandığı yerdən ayırın[3]. Birinci ayaq da-
raqarxası sümüyün böyümə mərkəzinə zərər verməmək üçün, dis-
seksiyanı çox distala doğru uzatmayın.
Ġstinad tikiĢləri atın
5
Sorula bilən n:0 istinad tikişləri atın [4]. İynələri vətərdən bir neçə
dəfə keçirərək möhkəm təsbit əldə edin.
Vətəri köçürün
Vətəri dəri altından dorsolateral kəsiyə tərəf keçirin [5]. Keçirilən
6
vətər retinakulum və barmaq ekstensiya vətərləri altında qalır. Dəri
altındakı toxumanı azad edərək vətərin lateral tərəfə yerdəyişməsinə
kömək edin.
Dostları ilə paylaş: |