Lateral pazabənzər sümüyün müəyyən edilməsi
İntraoperativ rentgen cihazı varsa ondan faydalana bilərsiniz [6]. Rent-
genlə açılacaq dəliyin yerini müəyyən edin [6 ox işarəti]. Başqa yolla isə
ayaq daraqarxası sümük ilə pazabənzər sümük arasında oynağı təyin
edərək yeri müəyyən edə bilərsiniz.
Vətər köçürülməsi yerinin müəyyən edilməsi
Lateral pazabənzər sümükdə vətərin keçə biləcəyi ölçüdə (3,8-4,2mm)
dəlik açın [7].
TikiĢlərin sümükdən keçirilməsi
7 8
Sapın hər iki ucuna düz iynə taxın. Birinci iynəni ayaq altında görü-
nənə qədər dəliyə keçirin. Birinci iynə dəlikdə ikən, ikinci iynə də
dəlikdən keçirilir [8]. Beləliklə ikinci iynə birincinin sapını kəsmir.
İynənin ayaq altından çıxdığı görülür [8 ox].
Axil vətəri tenotomiyası qərarı verilməsi
Ehtiyac varsa n:11 və ya n:15 neştərlərlə dəri altından axil tenotomi-
yası tətbiq edin.
24
|