Miyelodisplaziya
Hissiyat qüsuru olduğuna görə dəridə yara əmələ gəlməsinin qarşı-
sını almaq üçün pambıq qatını daha qalın dolayın[5] və gipsi qurudarkən çox təzyiq etməyin .
Digər sindromlar
Əyripəncəlik tez-tez distrofik displaziya, Möbius sindromu, Lar-
sen sindromu, Wiedemann-Beckwith sindromu və Pierre Robbin sindromu zamanı gö-
rülür. Əyripəncəliyin uzun müddətli funksional nəticələri daha çox birlikdə görüldüyü
sindromlardan asılıdır.
3
Natamam düzəldilmiĢ(qalıq) deformasiyanın müalicəsi
Əgər gipslə korreksiya natamamdırsa və qalıq deformasiya qəbul edilə biləcək dərə-
cədə deyilsə, cərrahi müdaxilə tətbiq edilir. Öncə müalicəyə Ponseti metodu ilə baş-
layın. Gips sarğısı ilə müalicə deformasiyanı düzəltmək üçün kifayət etməsə də, de-
formasiyanın şiddətini azaldacaq və daha kiçik cərrahi əməliyyat ehtiyacı olacaq. Ki-
çik cərrahi müdaxilə böyüdükdən sonra daha az sərtlik, zəiflik və ağrı deməkdir.
Cərrahi müdaxiləni uşağın yaşına, deformasiyanın dərəcəsinə və tipinə görə seçin.
Cərrahi müdaxilə ilə korreksiya ehtiyacı duyulan əyripəncəliklərin uşaq böyüdüyü
müddətdə təkrarlanma riskinin olduğunu unutmayın (25-50%).
Dostları ilə paylaş: |