Əyripəncəlik nədir?
Əyripəncəlik yeni doğulmuş uşaqlarda ayağın ən sıx görülən deformasiyasıdır. Bu deformasiya hər 1000 doğulmuş uşaqdan
birində görülür. Əyripəncəliyin tam olaraq səbəbi müəyyən edilməmişdir. Bu xəstəlik valideynlərin nə edib etməməsindən zi-
yadə genetik dəyişikliklərlə əlaqədar olduğu düşünülür. Buna görə də, əyripəncəli uşaq dünyaya gətirən valideynlər günahı öz-
lərində görməməlidirlər. İkinci uşağın da əyripəncəli olaraq doğulma şansı hər 30 uşaqda birdir.
Digər problemləri olmayan əyripəncəli uşaqların valideynləri ayaqdakı deformasiyanın bu sahədəki mütəxəssis tərəfindən
müalicə edilərsə, tamamilə normal görünüşdə və funksiyada ayaq əldə edilə biləcəyi barədə məlumatlandırılması lazımdır. Uyğun
metodlarla müalicə edilmiş əyripəncəlik əlilliyə səbəb olmur və şəxs normal aktiv həyat sürür.
Dostları ilə paylaş: |