Müalicənin baĢlanması
Ayağın içində, arxasında və altında yerləşən qısa və gərgin bağ və vətərlərin gərginliyinin azaldılması üçün ayaq hər həftə təq-
ribən bir dəqiqə yüngülcə manipulyasiya edilir. Bundan sonra ayaq barmaqlarından qasığa qədər uzanan gips sarğısı tətbiq edilir.
Gips sarğısı manipulyasiya ilə əldə edilmiş korreksiyanı qoruyur və sonrakı manipulyasiya üçün toxumaların gərginliyini azaldır.
Bu yolla, yerini dəyişmiş sümük və oynaqlar tədricən düzgün vəziyyətə gətirilir. Müalicəyə yaşa bağlı toxumaların elastikliyindən
faydalanmaq üçün doğuşdan bir və ya iki həftə sonra başlanmalıdır.
Evdə qulluq
Gips sarğısı qoyulandan sonra ilk 6 saatta hər saat başı və sonrakı günlərdə gündə dörd dəfə ayağın qan dövranını yoxlayın.
Yüngülcə barmaq uclarına təzyiq edin və qan dövranının geri dönüşünə diqqət edin. Ayaqda qan dövranı normaldırsa, əvvəlcə
ayaq barmaq ucu ağaracaq ,sonra isə tezliklə çəhrayı rəng alacaq. Bu rəngin açılması demədir. Əgər barmağın rəngi açılmırsa (ağ-
dan çəhrayıya), göyərmiş və soyuqdursa gips sarğısı dar sarılmış ola bilər. Bu əlamətlər görülərsə gipsin yoxlanması üçün gips sar-
ğısını tətbiq edən həkimə və ya yaxın təcili yardıma müraciət edin.
Ayaq barmaqları ucu ilə gips sarğısının qurtardığı nahiyəyə diqqət edin. Əgər ayaq barmaq ucları gips sarğısının içində sıxılmış
vəziyyətdə durursa həkiminizə və ya poliklinikaya müraciət edin.
Dostları ilə paylaş: |