Gips sarğısını təmiz və quru saxlayın.
Gips sarğısı uşağın islaq geyimi ilə nəmlənərək yumşalıb çıxa bilər.
Gips sarğısı quruyub sərtləĢənə qədər yastıq üstünə qoyulmalıdır.
Ayağın yüksəldilməsi üçün uşaq arxası üstə uzadıl-
mış vəziyyətdə, dabanı açıqda buraxılaraq gips altına yastıq qoyulur. Dabanın açıqda qalması təzyiq yarasının əmələ gəlməsinin
qarşısını alır.
Tək istifadəlik bezlər istifadə edin
və gipsin nəmlənməməsi üçün bezi tez-tez dəyişdirin. Sidik və nəcisli bezin gips sarğısı içinə
girməsini əngəlləyin. Bezin aşağı hissəsinin rezinli olması daha yaxşıdır.
AĢağıdakılardan hər hansı birisi ilə qarĢılaĢdığınızda həkiminizə və ya tibb bacısına bildirin.
• Gips sarğısı içindən gələn pis qoxu və ya drenaj varsa
• Gips sarğısı kənarlarında qızarmış, iltihablı yara varsa
• Barmaq uclarında qan dövranı pozulubsa
• Gips sarğısı çıxıbsa
• Bədən hərarəti müəyyən olmayan səbəblərlə 38,5º və ya üstünə çıxıbsa
Dostları ilə paylaş: |