Korreksiyanın qorunması-ayaq abduksiya Ģinası
Əyripəncəlik düzəldildikdən sonra yenidən deformasiya inkişaf edə bilər. Axil vətərinin uzadılmasından asılı olmayaraq, gips
çıxarıldıqdan sonra residivlərin qarşısını almaq üçün ayağa abduksiya şinası geyilməlidir. Ayaq abduksiya şinasının bir neçə nö-
var. Ən çox istifadə edilən şina uyğun vəziyyət verilə bilən, kənarları düzgün, ayaq barmaqları açıqda qalan, aliminium çubuğa
təsbit edilmiş ayaqqabılardan əmələ gələn şinadır. Ayaqqabı dabanları arasındakı məsafə uşağın çiyinləri arasındakı məsafəylə
eyni olmalıdır. Ayaqdan sürüşüb çıxmaması üçün ayaqqabılar modifikasiya edilə bilər. Əyripəncəli tərəfdə ayaqqabı 60-70º,
normal tərəfdə isə 30-40º (əgər uşaqda tək tərəfli əyripəncəlik varsa) bayır rotasiyada tutulur. Şina ilk 3 ayda gündə 23 saat,
sonrakı 3-4 ildə isə gecələr və gündüz yuxu saatlarında taxılır.
Ayaqlar bir-birinə bağlı olduğu üçün şina geyindikdə ilk bir iki gecə körpə narahat ola bilər. Şina təyin edildiyi kimi taxıl-
mazsa və çıxarılarsa, əyripəncəlik deformasiyası təkrar əmələ gələcəkdir. İkinci gecədən sonra körpə tədricən şinaya adapta-
siya olacaq. Əgər şina taxılması tələb edilmirsə, normal ayaqqabı geyilə bilər.
Abduksiya şinası ancaq əyripəncəlik manipulyasiya, ardıcıl gips sarğısı tətbiqi və bəzən axil vətər uzatması ilə tamamilə
korreksiya edildikdən sonra taxıla bilər. Əyripəncəliyin tam düzəldilməsinə baxmayaraq, uşaq 4 yaşına gələnə qədər defor-
masiya təkrarlana bilər. Residivin qarşısını almanın ən müvəffəqiyyətli yolu olan abduksiya şinasının tətbiqi yuxarıda qeyd
edildiyi kimi valideynlər tərəfindən istifadə edilərsə, 95% hallarda faydalı olur. Şinanın tətbiqi uşağın iməkləməsini, oturma-
sını və yeriməsini gecikdirməyəcəkdir.
Dostları ilə paylaş: |