Clubfoot: Ponseti Management [Azeri]


Abduksiya Ģinası üçün köməkçi tövsiyyələr



Yüklə 343,72 Kb.
səhifə74/79
tarix28.12.2021
ölçüsü343,72 Kb.
#11829
1   ...   71   72   73   74   75   76   77   78   79
Abduksiya Ģinası üçün köməkçi tövsiyyələr

 

 



İlk iki gündə körpənin şinanın taxılmasından  narahat olacağını unutmayın. Narahatlıq şina ağrı törətdiyi üçün deyil, körpə 

üçün yeni və fərqli bir vəziyyət olduğu üçündür. 

 Şina taxılı ikən körpə ilə oynayın. Ayaqlarını bir-birindən asılı olmadan hərəkət etdirə bilmədiyi üçün uşaq narahat olur və 

bunu unutdurmaq üçün oyun ən yaxşı yoldur. Körpəyə şina taxılmışkən ayaqlarını önə və arxaya necə hərəkət etdirməsini 

öyrətməlisiniz. Bunu öyrətmək üçün ayaqqabılar arasındakı çubuğu irəli və geri çəkib, eyni vaxtda dizi ekstensiya və flek- 

siyaya gətirin. 

 Bu müalicəni mütəmadi olaraq tətbiq edin. Bu müalicəni uşağın həyatının bir hissəsi halına gətirsəniz uşaq daha rahat adap- 

tasiya olar. Şinanı 3-4 il boyunca   gecə və gündüz yatarkən taxın. Uşaq tədricən şinanın günün hansı vaxtında taxılacağını 

öyrənir.  

 

 



Metal çubuğu sarın. Velosipedin əl tutma yerindəki plastik material uyğundur. Metal çubuğu yumuşaq materialla sarmaqla 

siz uşağı, özünüzü və evdəki əşyaları qoruyacaqsınız. 

 Dəridəki qızarmış yerlərə heç vaxt krem sürtməyin. Krem problemi daha da dərinləşdirir. Şina istifadə edərkən az qızarıqlıq 

normaldır. Topuq arxasındakı parlaq qırmızı ləkələr və ya suluqlar ayaqqabının tam oturmadığını göstərir. Topuğun ayaqqabı 

içində aşağıya tam oturmasından əmin olun. Topuqda parlaq qırmızı ləkə və ya suluqlar görülərsə həkimə müraciət edin. 

 Əgər uşaq şinanı ayağından çıxarırsa və topuqlar ayaqqabıya tam oturmursa aşağıdakıları sınayın. 

Kəməri bir dəlik yuxarıdan bağlayın. 


Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin