Ayaq abduksiya Ģinası istifadəsi təlimi
Həmişə ayaqqabının toxunduğu yerlərdə ayağı örtən pambıq corab istifadə edin. Axırıncı gips sarğısı sonrası uşağın ayaq
dərisi həssas ola bilər, onun üçün də ilk iki gündə iki qat corab geyindirin. İkinci gündən sonra tək qat pambıq corab geyin-
dirin.
Ayaqqabını geyindirərkən uşaq rahat durursa, ayaqqabını əvvəlcə düzəldilmiş ayağa sonra isə normal ayağa geyindirin.
Uşaq çox hərəkət edirsə əvvəlcə normal ayağa, sonra isə deformasiya düzəldilmiş ayağa ayaqqabı geyindirin.
Öncə körpənin ayağını ayaqqabıya yerləşdirin və sonra ayaq biləyi kəmərini sıxın. Kəmər ayaq topuğunu aşağıda ayaqqabı
içində tutmağa kömək edir. Kəmər üstündəki dəliyi işarətləməyin, çünki vaxt keçdikcə dəri kəmər uzanacaq və bunun məna-
sı olmayacaqdır.
Körpənin ayağını aşağı-yuxarı çəkərək, topuğun aşağıda ayaqqabı içində olduğunu yoxlayın. Əgər ayaq barmaqları ayaqqabı
içində qabağa-arxaya tərəf hərəkət edirsə, kəməri yenidən sıxın. Ayaqqabının içində uşağın ayaq barmaqlarının yerini göstərən
xətt olmalıdır; topuq aşağıda uyğun vəziyyətdədirsə, ayaq barmaqları bu xətdə və ya arxasında olacaqdır.
Qan dövranını pozmayacaq şəkildə ayaqqabı bağlarını bağlayın. Kəmərin ayaqqabının ən əhəmiyyətli hissəsi olduğunu unut-
mayın. Ayaqqabı bağları ayağı ayaqqabıda tutmağa kömək edir.
Körpənin bütün ayaq barmaqlarının bayırda bir xətdə olduğundan və heç birinin altda qalmadığından əmin olun. Bundan əmin ol-
maq üçün corabın ayaq barmaqlarını örtən ön hissəsini kəsərək, bütün barmaqları görəcəyiniz şəkildə açığa çıxara bilərsiniz.
29
|